IQNA

Kazimeyndə Ərbəin zəvvarlarına 73 mindən çox tibbi xidmət göstərilib

9:52 - August 16, 2025
Xəbər sayı: 3498695
İQNA – Kərbəlaya gedən zəvvarların mühüm dayanacaqlarından olan Kazimeyn şəhərində 73 min 328 nəfər Ərbəin zəvvarı tibbi və dərman xidməti alıb.

İQNA-nın məlumatına görə, Xorasan-Cənub Qızıl Aypara Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi xəbərdə bildirilib ki, Kazimeyndə Ərbəin səhiyyə əməliyyatlarına rəhbərlik edən Məcidrza Lətifi açıqlamasında deyib: “Ərbəin bu il də ötən il olduğu kimi Sahibəz-Zaman (əc) küçəsində və İmam Əli (ə) küçəsində yerləşdirilmiş iki tibb məntəqəsində zəvvarlara xidmət göstərilir”.

Onun sözlərinə görə, indiyədək 580 qlükoza testi, 2 min 31 qan təzyiqi ölçümü, 276 elektrokardioqram, 1 min 586 serum terapiyası, 1 min 923 günvurma müalicəsi və 6 min 393 inyeksiya həyata keçirilib.

Lətifi həmçinin bildirib ki, Kazimeyn hərəmi yaxınlığında fəaliyyət göstərən bu məntəqələrdə 23 min 517 zəvvar həkim qəbulunda olub. Onlardan 21 min 323 nəfəri ümumi həkim, 2 min 194 nəfəri isə daxili xəstəliklər üzrə həkim xidmətindən yararlanıb.

Qeyd olunub ki, Xorasan-Cənub vilayətindən 112 nəfərlik həkim, tibb bacısı və tibb işçisi Ərbəin mövsümü üçün hava yolu ilə Kazimeynə göndərilib və onların fəaliyyəti avqustun 12-dən başlayıb.

Bildirilib ki, bu, ardıcıl dördüncü ildir ki, Kazimeyn şəhərindəki tibb məntəqələri və Qızıl Ayparanın səhra xəstəxanaları Xorasan-Cənub vilayətinin üzərinə həvalə edilib.

Məlumata əsasən, şəhərdə yerləşdirilmiş təcili tibbi yardım maşınları vasitəsilə 41 nəfər xəstə təxliyə olunub ki, onlardan 6 nəfəri sərhədə, qalanları isə Kazimeyn daxilindəki xəstəxanalara köçürülüb.

4300077

Teqlər: Ərbəin ، kazimeyn
captcha