IQNA

İnsanın daxili çirkinliyini örtmək üçün libas

8:51 - June 22, 2022
Xəbər sayı: 3492440
Bədəni örtmək hər cür pisliklərdən qorunmaqla yanaşı, insanın çirkinliyini də örtür. Amma Quranda insanın daxili çirkinliyini örtən libas təqdim edilir və bu libasa "təqva" deyirlər.

Allah insanın çirkinliyini örtən zahiri libasdan sonra insana xatırladır ki, bu zahiri libasdan daha yaxşı batini libasdır. Bu, insanın daxili çirkinliyini örtən libasdır. O çirkinliklər ki, insan onların aşakar olmasından qorxur.

O libas Allahın əmr etdiyi təqvadır. Aydındır ki, insanın zahiri çirkinliyinin aşkara çıxması nəticəsində yaranan zillət və rüsvayçılıq heç vaxt insanın batini çirkinliyinin üzə çıxmasından gələn rüsvayçılıq qədər böyük deyildir. Buna görə də batini və təqva libası insanın zahiri libasından daha yaxşıdır.

"Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, (onunla) öyüd-nəsihətə qulaq asasınız. (Əraf, ayə 26).

İmam Baqirin (ə) bu ayə ilə bağlı nəql etdiyi bir rəvayətdə "iffət" təqvalı geyim nümunələrindən biri kimi təqdim edilmişdir. O Həzrət buyurub: "Təqva libası iffətdir. İffətli kişinin çirkinliyi libas geyinməsə belə, heç vaxt görünməz. Amma günahkar isə geyimli olsa da, öz çirkinliyini göstərir".(Əl-Mizan, 8-ci cild). Yəni, libas geyinməsə belə, təqvalı insan heç bir halda iffətini itirmir. İffət onun vücuduna bağlanmışdır. Amma iffətsiz insan rəngarəng paltar geyinsə də hər vəziyyətdə həyasızdır.

İffət halal olmayan bir şeydən çəkinmək deməkdir. Bu söz ümumidir. Ancaq xüsusilə, kişilərdə və qadınlarda şəhvani işlərə riayət etmək çərçivəsinə aiddir. İffətə çatmaqğın vasitəsi həya adlanır ki, çirkin əməllərin qarşısını almaq üçün yaranan bir vəziyyətdir. Həya utanmaq və məzəmmət qorxusundan bir şeydən çəkinmək deməkdir. Onun mənbəyinin Allahın böyüklüyünü və Onun gözəlliyini tanımaq olduğu bildirilir.

Teqlər: təqva ، libas ، həya ، günah ، təqva libası
Ad:
E-poçt:
* Comment:
captcha