IQNA

Din baxımından mənəviyyata yetişməyin yolları

9:25 - June 22, 2022
Xəbər sayı: 3492444
Adətən mənəvi məsələləri maddiyyatın qarşısında qərar verirlər. Amma Şəhid Mütəhhəri ilk dəfə olaraq mənəviyyatı maddiyyatın qarşısında qərar vermədi. Həqiqətdə, onun üçün başqa bir mərtəbə nəzərdə tutdu.

Höccətül-islam Məhəmməd Vəhid Safi, "İQNA"-ya müsahibəsində deyib ki, mənəviyyat insan fitrəti ilə qarışmış bir növ daxili hissdir. Şəxsiyyət, əxlaq və davranış baxımından insanda müsbət dəyişikliklər yaradır. Adətən mənəvi məsələləri maddiyyatın qarşısında qərar verirlər. Amma Şəhid Mütəhhəri ilk dəfə olaraq mənəviyyatı maddiyyatın qarşısında qərar vermədi. Həqiqətdə, onun üçün başqa bir mərtəbə nəzərdə tutdu.

Mənəviyyat insan üçün etimad, ixlas və ümid kimi sosial münasibətləri yaxşılaşdıran və sosial fəsadları azaldan şəxsiyyət xüsusiyyətlərini təmin edir. Yəni mənəviyyat insanın şəxsiyyətini inkişaf etdirir.

İslam dini vurğulayır ki, mənəvi insanın bariz xüsusiyyətlərindən biri də başqaları qarşısında məsuliyyət hiss etməsidir.

Mənəvi insanın bir sıra təvəkkül, öhdəlik, fədakarlıq və şadlıq kimi əxlaqi xüsusiyyətləri də vardır ki, onlar dini mənəviyyatda qeyri-dini mənəviyyatdan daha çox vurğulanır.

Şəhid Mütəhhəri insan fitrətini insanın məna ehtiyacının əsas amili hesab edir. Pərəstişə meyl dindarlıq deyilən məfhum şəklində özünü göstərir. Əxlaqi məsələlər sahəsində mənəviyyatın zühur etməsi şəxsiyyət bəhsləri və rəftarlarıdır. Pərakəndəliyi olduğu üçün müasir insan düşünür ki, mənəviyyat qeyri dini ola bilər. Mənəviyyata meyl fitri bir məsələdir və onun hərəkəti dinə tərəfdir.

Mənəviyyata çatmağın yollarından biri də ibadətdir. İbadət, Allah tərəfindən insanı inkişaf yoluna aparan hərtərəfli plan və eyni zamanda insanın yaradılış məqsədinə çatdıran kamil bir plandır. O qədər ki, Allah Quranda belə buyurur: "Mən cinləri və insanları ancaq bəndəlik üçün yaratdım" (Zariyat, 56).

Mənəviyyata çatmağın başqa bir yolu isə insan davranışında ixlas və ya riyanın olmamasıdır. İnsan nəfsani istəklərdən xilas olub maddi məsələlərə məqsəd deyil, vasitə kimi baxana qədər, onun varlığı ilahi nuru qəbul etməyə hazır deyil. Bir çox şiə və islam arifləri zahidliyi mənəviyyata çatmağın əsas şərti hesab edirdilər. Digər tərəfdən, din zəiflərə və yoxsullara rəğbət, onların qayğısına qalmaq və dərdlərinə şərik olmağı da mənəviyyat üçün şərt hesab edir.

Mənəviyyata yetişməyin bütün yollarından ilk növbədə şəxs İslam adlı bir peşə seçməlidir ki, bu peşənin müəyyən etdiyi göstərişlər əsasında mənəviyyata nail olsun.

3783230

Ad:
E-poçt:
* Comment:
captcha