IQNA

Allah insanın ən etibarlı sığınacağıdır

14:33 - June 29, 2022
Xəbər sayı: 3492478
Daha yüksək bir gücə və ya daha təhlükəsiz yerə sığınmaq, mömin insanları kainatın mənbəyi olan Allaha tərəf çəkən instinktiv bir davranışdır. Çünki instinktdən əlavə, Allahdan üstün bir gücün olmadığına inanırlar.

O, "Ğafir" surəsinin bir hissəsində Musa peyğəmbərin (ə) və onun Fironla qarşılaşmasından bəhs edir. Fironun bu ilahi peyğəmbəri hədələdiyi yerdə Həzrət Musa (ə) buyurur: "Musa dedi: Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!". (Ğafir, 27).

Pənah aparmaq və sığınmaq fitri bir məsələdir. Təhlükələrlə qarşılaşdıqda insan daha üstün gücə sığınaraq sülh və əmin-amanlığa nail olmağa çalışır. Dini mədəniyyətdə, xüsusən də İslamda Uca Allah insanların yeganə sığınacağı kimi tanıtdırılır. Qurani-Kərim "Nisa" və "Fələq" surələri kimi Məkkədə nazil olan ilk surələr ilə həqiqi pənah aparmağın mövzusunu açıqlamışdır. Hər cür şər və pisliklərdən uzaqlaşmaq üçün Allaha sığınmağı tanıtdırıb. Sığınacaq mövzusu Quranda 17 dəfə qeyd edilmişdir.

İnsan ümumiyyətlə pisliklərdən Allaha sığınır. Bəzən bu pislikləri zalım və pis insanlar törədirlər. Bəzən bu pisliklər insanı ilahi yoldan döndərən pis vəsvəsələrdir. Bəzən görünür, bəzən də insanın qəlbində və düşüncəsində olur. Quranın müxtəlif ayələrinə əsasən, o yerə gəlirik ki, şeytandan, zalım düşməndən və düşmənlərin hiylələrindən, günah və haram maldan, ümumiyyətlə insanı Allahın bəndəlik yolundan döndərən hər şeydən Allaha sığınmalıyıq.

Həmçinin Quran tilavətinə başlamaq üçün ilk növbədə şeytanın şərrindən Allaha sığınmağımız tövsiyə olunur. Bu tövsiyə "Nəhl" surəsinin 98-ci ayəsində gəlib: "(Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! (“Əuzu billahi minəş-şeytanir-rəcim” sözlərini de!).

Ad:
E-poçt:
* Comment:
captcha