IQNA

Səudiyyə Ərəbistanı Ümrə vizalarının verilməsinə başlayıb

8:54 - July 16, 2022
Xəbər sayı: 3492556
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc mövsümü ilə əlaqədar dayandırılan ümrə vizalarının verilməsini bərpa edib.

"İQNA", "Əl-Xəlic onlayn"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi dünya ölkələrindən Ümrə ziyarəti və Peyğəmbər Məscidini (s) ziyarət etmək niyyətində olan zəvvarların viza verilməsi üçün müraciətlərinin qəbuluna başladığını açıqlayıb.

Bu nazirliyin bəyanatında deyilir: "Səudiyyə Ərəbistanı daxildən və xaricdən Ümrə ziyarətinə gəlmək istəyən zəvvarlar üçün bu ziyarətin hicri 1444-cü ilin Məhərrəm ayının birinci günündən (iyulun 30) başlayacaığını bildirib.

4070938

captcha