IQNA

Quran nəzərində birlik və qardaşlıq

17:59 - July 16, 2022
Xəbər sayı: 3492560
Müsəlman ümməti arasında qardaşlıq və həmrəylik məsələsi həmişə Quranın ən mühüm təlimlərindən biri olmuşdur. Xüsusilə bu məsələ müasir dövrdə ikiqat əhəmiyyət qazanmışdır.

Bütün dünya müsəlmanları arasında birlik yaratmaq İslamın əsas ideallarından biridir. İslam birliyi Quranın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) imamlarının önəm verdiyi strateji prinsiplərdən biridir. İnsanlar sosial həyatın əhəmiyyətini əsrlər boyu dərk etmişlər. Birlik ilə yaufalar meydana çıxdı. Amma buna baxmayaraq, həmişə döyüş meydanlarında qalib gələn, birlik içində olan və izzət sahibi olan xalq olub.

İslam Peyğəmbəri (s) İslam ümmətini formalaşdırmaq üçün Quran təlimlərinə əsaslanaraq ilk öncə insanların baxışlarını yenidən qurdu. O, bu mühüm məsələyə nail olmaq üçün məfhumları da dəyişdirdi. Mövcud sözlərdən istifadə edərək, yavaş-yavaş xalqa yeni anlayışlar təqdim etdi. İslam mədəniyyətində İslam ümmətinin birliyini, yaxınlaşmasını və yekdilliyini ifadə edən terminlər arasında "ənsar" ifadəsi də var. Başqa sözlə desək, Peyğəmbərin (s) Qurani-Kərim əsasında ümmət quruculuğunun ən yaxşı dəlili, Mədinədə "ənsar" şəklində formalaşmış yekdillik və yaxınlaşmadır.

Quran Peyğəmbərin (s) məqsədlərindən birini ümmət quruculuğu" adlandırdığı halda, Peyğəmbərin dövründəki İslam ümmətini o zamana qədər formalaşmış ən yaxşı ümmət və cəmiyyət hesab etmişdir. Quranın nümunəvi ümmət üçün vəsf etdiyi xüsusiyyətlərdən biri də onların bir-birinin əməllərinə nəzarət etmələridir. Yaxşı işlər görməyə əmr etmələri və pis işlər görməyi qadağan etmələridir. Onların arasında yaxşılıq və təqva əsasında bir-biri ilə əməkdaşlıq əsasdır: " yaxşılıq və təqvada bir-birinizə kömək edin!" (Maidə, 2). Aralarında özlərini fəda edəcək qədər iman qardaşlığı vardır. Onlar bir-birlərinə qarşı casusluq etmirlər. Qeybət, böhtan və iftira onların arasında yoxdur. Bu barədə Qurani-Kərimdə çox şeylər qeyd olunub. Quran vəhdət məsələsinə də ictimai nöqteyi-nəzərdən baxmış, onun insanlar və tövhid dinləri arasında əhəmiyyətini vurğulamışdır.

"Allahın sizə olan nemətini xatırlayın ki, siz [bir-birinizlə] düşmən idiniz, O da sizin qəlblərinizə ülfət yaratdı ki, Onun lütfü ilə qardaş oldunuz" (Ali-İmran, 103). Buna görə də vəhdət Quran təlimlərində o qədər xüsusi yer tutur ki, xüsusi bir nemət kimi qeyd olunur. Həmçinin Allah onun yaradılmasında birbaşa iştirak edir. O, habelə müsəlmanlardan ayrılıq və xaosun acı dövrünü xatırlayaraq birliyi qorumağa çalışmalarını istəyir.

captcha