IQNA

Quran surələri /18

Kəhf surəsində heyrətamiz əhvalatlar nəql olunub

16:19 - July 13, 2022
Xəbər sayı: 3492548
Qurani-Kərimin hekayələri arasında başqa dini kitablarda da qeyd olunan rəvayətlər vardır. Mağaraya pənah gətirən xristian möminlərin çətinlikləri, həmçinin Həzrət Musanın (ə) Xızrla (ə) yoldaşlıq hekayəsi də "Kəhf" surəsində nəql olunan bu hadisələrdəndir.

"Kəhf" surəsi Qurani-Kərimin 18-ci surəsidir. O, 110 ayədən ibarətdir. Məkkədə nazil olan surələrdən biridir. Bu surə 15 və 16-cı cüzlərdə qərar tutub. "Kəhf" Peyğəmbərə (s) nazil olan 69-cu surədir.

Kəhf mağara deməkdir. Bu surənin mağara adlandırılmasının səbəbi "Mağara əshabı" adlanan bir qrup xristian möminlərin hekayəsindən bəhs etməsidir. Bu surədə Allahın övladı olmadığı vurğulanır.

Bu surənin bir hissəsinin müxatəbləri mələklərin, cinlərin və saleh insanların Allahın övladları olduğuna inanan şəxslərdir.

Bu surə üç heyrətamiz əhvalatdan bəhs edir: Əshabi-Kəhf, Musa (ə) və Xızrın (ə) yoldaşlığı hekayəsi və Zülqərneyn hekayəsi. Allaha şəriki inkar etməklə bərabər, təqvaya və Allahdan qorxmağa təşviq etmək bu hekayələrdən alınacaq dərslərdir.

Birinci hekayə Əshabi-Kəhf ilə bağlıdır. Onlar Daqianusun zülmündən (miladi 201-251) mağarada gizlənən və təxminən üç əsr yuxuya gedən xristian möminlərdir. Üç yüz il sonra oyandılar. Şəhərlərinə gizlicə girdikdən sonra, ətrafdakı dəyişikliklərdən ən az təəccübləndikləri şey 3 əsr yatmaları oldu. Bu zaman zalım padşahın ölümündən uzun illər keçmişdi və xristian dindarların sayı çoxalmışdı.

Bu surənin başqa bir hissəsində Musanın (ə) təfsirçilərin Həzrət Xızırın (ə) olduğunu bildirdikləri saleh bir şəxslə yoldaşlıq hekayəsinə işarə edilir. Bu səfərdə Xızr (ə) Musaya (ə) məqbul olmayan işlər görür və onu çaşdırır və narahat edir. Amma Xızr öz hərəkətinin səbəbini açıqlayanda sirləri dərk edir və səbirsizliyinə peşman olur.

Bu surənin başqa bir hissəsində Zülqərneynin dünyanın şərqinə və qərbinə necə səyahət etməsindən və müxtəlif etnik qruplarla üzləşməsindən bəhs edilir. Nəhayət, bir qrup adamın köməyi ilə Yəcuc və Məcucun fitnəsinə qarşı durdu və onalrın yollarına dəmir sədd çəkdi və nüfuzlarının qarşısını aldı.

Zülqərneynin şəxsiyyəti haqqında fikir ayrılığı var. Bəziləri onun Allahın peyğəmbəri, bəziləri isə dindar padşah olduğunu bildiriblər. Halbuki, Quran Zülqərneyni Allaha və qiyamət gününə inanan, böyük hökumətə malik olan və Allahın ona tərəqqi vasitələri bəxş etmiş bir şəxs olduğunu bildirir.

Yəcuc və Məcuc Quranda və yəhudi və xristianların dini mətnlərində adı keçən qövm və ya xalqların adlarıdır. Dini mətnlərdə Yəcuc və Məcuc başqalarının malını mənimsəmək və talamaq səbəbiylə qəddar bir qrup kimi təqdim edilir ki, Zülqərneyn sədd yaratmaqla onların nüfuzuna mane olur. Yəcuc və Məcucun üsyanı Quranda, xristian və yəhudilərin dini mətnlərində axirəz-zamanın əlamətlərindən biridir.

Oxşar xəbərlər
captcha