"İQNA", xəbər verir ki, Höccətül-islam vəl-müslimin Əbdül-Əmir Sultani Quran nəzərində həqiqəti gizlətməyin cəzası barədə danışıb. Onu diqqətinizə çatdırırıq:
Qədim dövrlərdən bəri bəşər cəmiyyətlərində bir çox ədalətsizliyə səbəb olan və onun ölümcül təsirləri bu gün də davam edən bir məsələ həqiqətin gizli saxlanılması məsələsidir. Quranda həqiqəti gizlədənlərə qarşı edilən təhdid və qınaqlar bənzərsizdir. Çünki bu çirkin əməl ümmətləri və nəsilləri yoldan çıxara bilər. Necə ki, həqiqəti bəyan etmək xalqları xilas edə bilər.
"Kitabda insanlara bəyan etdikdən sonra nazil etdiyimiz açıq-aşkar dəlilləri və hidayəti gizlədənlər Allahın lənətinə düçar olar və (bütün) lənət edə biləcək kimsələr də onlara lənət oxuyar!".
İnsan fitrətən haqqı istəyir. Həqiqəti gizlədənlər əslində, insan cəmiyyətinin təbii təkamülünə mane olurlar.
Həqiqəti gizlətmək yalnız Allahın ayələrinə və peyğəmbərlik əlamətlərinə aid deyil. Daha doğrusu, insanları həqiqətə aparan hər şeyi gizlətmək böyük günahdır. Danışmalı və açıqlamalı bir yerdə susmaq belə, həqiqəti gizlətməyin nümunəsidir. Bu elə bir haldadır ki, insanların həqiqəti dərk etməyə güclü ehtiyacı var və alimlər həqiqəti bəyan etməklə bu təcili ehtiyacı həll edə bilərlər.
Quran təkcə gizlətmək məsələsindən bəhs etmir. Daha doğrusu, həqiqətləri qeyd etməyi və bəyan etməyi zəruri hesab edir. Bu səhv ola bilər ki, bir qrup elm adamının onlardan heç kimin soruşmadığı üçün həqiqəti söyləməkdən imtina etməsinə səbəb olsun. Halbuki Qurani-Kərim buyurur: "Və yada sal o zamnanı ki, Allah kitab verilmiş kəslərdən mütləq gərək onu insanlara açıqlayasınız və gizlətməyəsiniz deyə əhd-peyman aldı" (Ali-İmran/187).
Rəvayətdə deyilir ki, bir nəfər İmam Əlidən (ə) soruşur: "İblis və Firondan sonra Allahın ən pis məxluqu kimdir? O həzrət cavab verdi: Onlar batili bəyan edən və həqiqəti gizlədən fasid alimlərdir. Onlar o kəslərdir ki, Uca Allah onların haqqında buyurmuşdur: Allahın lənəti və bütün lənət edənlərin lənəti onların üzərinə olacaqdır!" (Əl-İhtcac, Şeyx Təbərsi, 2-ci cild, səh 264).
4060906