
"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, Bu təhsil proqramı bu yaxınlarda Misirin Kopt İncəsənət Muzeyi ilə birgə keçirilən "Çıraq və Çıraqdan" adlı müvəqqəti sərgi ilə bağlı proqramın bir hissəsidir.
Xüsusi qayğıya ehtiyacı olan insanların daxil olduğu bu proqramın iştirakçıları bu sərgini ziyarət etdikdən sonra maarifləndirici seminarda da iştirak ediblər.
Bu seminar muzey daxilində nümayiş etdirilən mövcud Quran kolleksiyasından istifadə etməklə İslam dininin əsaslarını və təlimlərini Quran vasitəsilə izah etmək məqsədi ilə keçirilib.
4072975