"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, Bu konfrans 21-24 iyul 2022-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində "Mədəni irsə əsaslanan yeni intibahın yaradılması" şüarı ilə keçirilmişdir.
İSESCO-nun mədəniyyət və kommunikasiya departamentinin rəhbəri Məhəmməd Zeynulabdin bu konfransın açılış sessiyasındakı çıxışında vurğulayıb ki, Bu təşkilat Özbəkistanın mədəni irsinin qorunması məqsədilə Özbəkistanın digər dövlət və özəl təşkilat və qurumları ilə əməkdaşlıq etmək niyyətindədir.
Onun sözlərinə görə, İslam dünyasının mədəni irsi bu qurumun "ISECO-nun Gələcək Yolları" adı altında əməliyyat planları və sivilizasiya planı vasitəsilə qiymətləndiriləcək. Bu plan İslam dünyasının təhsil, elm və mədəniyyət təşkilatının İslam mədəni irsi ilə bağlı gələcək fəaliyyətlərinin diqqət mərkəzində olacaq.
Bu konfransda iştirak edərkən İseskonun mədəniyyət və kommunikasiya departamentinin eksperti Bilal Əş-Şabi İslam dünyasında mədəni irsin mühafizəsi üzrə təşkilatın vizyonunu və strategiyasını xüsusilə "İslam Dünyasının Mədəni İrs" mərkəzinin yaradılması yolu ilə nəzərdən keçirib.
4073416