IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 4

Adəm (ə) alma yedi, yoxsa buğda?!

22:01 - July 27, 2022
Xəbər sayı: 3492624
Haram ağacın meyvəsini yeməyin cəzası behiştdən qovulmaq və yerə enmək idi. Adəm nə yedi? Buğda, üzüm və ya alma?!

Adəmlə (ə) Həvvanı yaratdıqdan və Cənnətdə sakin etdikdən sonra Allah onlara buyurdu ki, orada istədiyiniz nemətdən yeyin, lakin bu ağaca yaxınlaşmayın. Çünki zalımlardan olarsınız. (Bəqərə, 35). Lakin şeytan onları aldatdı və onlar o haram ağacın meyvəsini yedilər. Bu itaətsizliyə görə onlar cənnətdən qovulmağa və yerdə yaşamağa məhkum edildilər. Bu ayədən əlavə, bu ağac Quranın daha iki ayəsində də qeyd olunub (Əraf, 19; Taha, 120).

Quranda bu ağacın nə olduğu və hansı meyvəsi olduğu qeyd olunmayıb. Lakin hədislərdə və təfsirlərdə bu məsələ ilə bağlı iki əsas fikir vardır:

1_ Zahiri çıxarış: Bir qrup təfsirçi ağacın zahiri mənasını nəzərdə tutublar. Bəzi rəvayətlərə görə, onların hər biri qadağan olunmuş ağacı buğda, üzüm salxımı, incil, xurma, berqamot, kamfora və innab hesab edirdilər. Sual yarana bilər ki, niyə bəzi təfsirçilər həmin ağacı buğda hesab ediblər. Buğda ağacdırmı? Cavab budur ki, Quran mədəniyyətində "şəcər" kəlməsinə ağacdan başqa "kol" və "bitki" də deyilir. Məsələn, Həzrət Yunisin (ə) hekayəsində belə deyilir: "Və onun başı üzərində balqabaq növündın bir bitki bitirdik" (Saffat, 146). Odur ki, bəzi hədislərdə "şəcər" kəlməsinin mənasının buğda hesab edilməsinin məna baxımından heç bir problemi yoxdur.

Son zamanlar xalq arasında bəzən o qadağan olunmuş meyvə alma adlanır. Bu inanc Qərb mədəniyyəti və düşüncəsindən təsirlənir.Çünki orada bəziləri almanı Adəmin vəsvəsəsinin və onun ilk günahının simvolu hesab edirlər. İslam rəvayətlərinin və təfsirlərinin heç biri o haram meyvəni alma hesab etməmişdir. Əlbəttə, İmamların (ə) bəzi hədislərində bu ağacın nədir deyə soruşanların cavabında buyurulur: "Qiyamət günü hər şey möminin ixtiyarındadır. Cənnətin meyvəsi dünyanın meyvələri kimi deyil ki, bir ağacdan yalnız onun meyvəsini yığa biləsən. Orada mömin istəsə, müəyyən bir ağacdan və ya koldan müxtəlif meyvələr əldə edə bilər.

2_ Qeyri zahiri çıxarış: Quranda ağac bir dəfə qeyri zahiri mənasında işlədilib: " lənətlənmiş ağac" (İsra, 60). Bəzi təfsirçilər bəzi rəvayətlərə əsaslanaraq, haram ağacı da qeyri zahiri mənada təfsir ediblər. Bu təfsirlərdə haram ağac "paxıllıq ağacı" və insanın giriftar olduğu bir rəqabət növü və ya buna bənzər bir şey sayılır. Əlbəttə, günah mərhələsinə çatan paxıllıq deyil. Adəm (ə) uzaq gələcəkdə övladlarının vəziyyətindən xəbərdar oldu və onların arasında özündən yüksəkdə olan böyük peyğəmbərlər və övliyalar gördü. Bu zaman o, arzu edirdi ki, onların məqamına sahib olsun. Bu "arzu" onu cənnətdən uzaqlaşdırdı və bu onun qadağan olunmuş ağacı idi.

captcha