IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 7

Bələm Baura aldanmış alimdir

9:36 - September 06, 2022
Xəbər sayı: 3492875
Alimlər dünyanı və hadisələrin səbəblərini düşündükləri üçün kamillik və mənəviyyat yollarını digər insanlardan daha yaxşı gedə bilirlər. Lakin bu xüsusiyyət onlarda daha çox məsuliyyət yaradır. Məğrurluq və üsyankarlıq ehtimalına görə onların azmasına səbəb ola bilir. Bələm Baura Quranda təqdim edilən bu şəxsiyyətlərə bir nümunədir.

 

Bələm Baura Bəni-İsrail alimlərindən olub. Musa peyğəmbərin (ə) həyatında Şamın (indiki Suriya) kəndlərindən birində yaşayıb. Bələm Baura gələcək hadisələrdən xəbər verirdi. O, İbrahimin dininin davamçısı idi. İnsanlar onun yanına gəlirdilər ki, onların gələcəyindən xəbər versin. Onların malları və canlarının bərəkətli olması üçün dua etsinlər.

Bələm əvvəldə möminlərdən idi və ilahi elmlərdən xəbərdar idi. Hətta Musa (ə) ondan güclü bir dini təbliğatçı kimi istifadə edirdi. Onun mövqeyi və mənəvi şəxsiyyəti o yerə çatdı ki, duaları dərhal qəbul olunurdu.

Ancaq belə bir şəxsiyyət birdən dəyişdi. Firona olan və onun verdiyi vədlərə meyli üzündən o, doğru yoldan çıxdı. Bütün mənəvi və ilahi səlahiyyətlərini itirdi. O, bu dəyişikliklə nəinki haqq yoldan uzaqlaşdı, hətta Musanın (ə) ən şiddətli müxaliflərindən birinə çevrildi. Bələm Barunın azğınlığının başqa səbəbləri də var. Məsələn, bəni-israilə nifrin etməyə, onları qadınlar vasitəsilə fəsad və azğınlığa sürükləməyə çalışırdı. Dünyapərəstliyi və Musaya (ə) həsəd aparması da bu səbəblərdəndir.

Qurani-Kərimdə Bələm Bauranın əhvalatı adı çəkilmədən qeyd olunur. Bu hekayədə ilahi ayələr və elmlərlə mühüm məqama çatmış bir şəxs tanıtdırılır. Amma dünyapərəstliyi və nəfsinə uyması onu yoldan çıxardı: "(Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin32 xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da. (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!" (Əraf, 175 və 176(.

Baxmayaraq ki, bu ayələrdə Bələm Bauranın adı çəkilmir. Amma bəzi əlamətlərə və həmçinin bəzi rəvayət və din böyüklərinin hədislərinə əsasən, bu ayədə nişanələr vardır ki, bu ayələrin Bələm Bauraya işarə etdiyini söyləmək olar. Bəlkə də bu şəxsin adının çəkilməməsinin səbəbi budur ki, hər bir dövrdə elm və hidayətə malik olmasına baxmayaraq, azğınlığa və imanda zəifliyə məruz qalan belə alimlərə rast gəlmək olar.

Bələm Baura və elm və biliklərini nəfs və dünyəvi istəklər nəticəsində və ya paxıllıq və özünü üstün tutmaq ucbatından bütün elm adamları, bütün fikri sərmayələrini yanlış yolda, zülmkarların və hakimiyyət sahiblərinin ixtiyarında qərar veriblər. Əslində özlərinə zülm edirlər. Onları pis bir son gözləyir. Bu sürüşmədən qurtulmaq ancaq ilahi hidayətin kölgəsi altında mümkündür.

captcha