IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 19

Quranın ən gözəl hekayəsinin baş rolunda Həzrət Yusif (ə) var

14:45 - December 06, 2022
Xəbər sayı: 3493371
Yusif (ə) gözəl sifətli, agah və alim peyğəmbər kimi təqdim edilmişdir. O, yuxu yozma elmi ilə Misirdə baş verəcək aclıq və quraqlıq illərini proqnozlaşdırdı. O, həmin dövrü elə idarə etdi ki, yeddi il aclıq problemsiz keçdi.

Yusif (ə) bəni-İsrail peyğəmbərlərindən biri, Yaqub (ə) peyğəmbərin oğlu idi. Onun anası Rahilə idi. Onun on bir qardaşı var idi, onlardan yalnız Binyaminlə bir anadan idi.

Quran Yusifi (ə)  Allahın pak bəndələrindən biri kimi tanıtmışdır. Yusifin adı Quranda 27 dəfə keçir və Quranın 12-ci surəsi onun adını daşıyır.

Yusif surəsində həzrət Yusifin (ə) həyatından ətraflı bəhs edilir. Quran onun hekayəsini "Əhsənul-Qisəs" (ən yaxşı əhvalat) adlandırmışdır. Həmçinin onun gənclik illərinin təfərrüatlarını, quyuya atılmasını, Misirin Əzizinə satılmasını, Züleyxanın hadisəsini, zindana düşməsini, ata və qardaşlarının onunla görüşməsini və Misirdəki hakimiyyətini izah etmişdir.

Uşaqlıqdan peyğəmbərlik əlamətləri olan Yusif, Yaqub peyğəmbərin diqqətini cəlb edib. Ona görə də Yusifin qardaşları ona paxıllıq edirdilər.

Yusifin həyatında diqqət çəkən hadisələrdən biri də onun yeniyetmə ikən gördüyü yuxudur. Yuxuda görür ki, günəş və ay ilə birlikdə on bir ulduz ona baş əyib. Yuxuların yozumunu bilən Yaqub Yusifdən istədi ki, bu yuxunu heç kimə izah etməsin; Çünki bu yuxu Yusifin peyğəmbərliyini göstərir və ətrafındakıların ona paxıllığını daha da artırırdı.

Lakin Yusifin qardaşlarının qısqanclığı o yerə çatdı ki, onu quyuya atdılar və canavarın Yusifi parçaladığını Yaquba xəbər verdilər. Lakin bir dəstə onu quyudan xilas edərək Misirin Əzizinə qul kimi satdı. Misirin Əzizinin arvadı Züleyxa Yusifin gözəlliyinə aşiq olmuş, lakin Yusifin onunla ünsiyyətdən imtina etməsindən sonra Yusifi Misirin Əzizinə xəyanətdə günahlandıraraq zindana atdırmışdır.

Yusif uzun illərdən sonra günahsız olduğunu sübut etdi və zindandan azad. Misir padşahının yuxusunu yozduğuna və Misirdəki aclıq probleminin həllini təmin etdiyinə görə onun məhəbbətini qazandı və onun vəziri oldu. Onun idarəçilik üslubu elə idi ki, Misir və onun ətrafındakı torpaqlar yeddi illik aclığa qalib gəldi və heç bir problem yaranmadı.

Yusifin 120 yaşı olanda Allah ona vəhy etdi ki, əlindəki nuru və hikməti Bəbərz ibn Lavi ibn Yaquba həvalə et. Yusif o gün səksən kişi olan Yəqub ailəsi ilə birlikdə Bəbərz ibn Lavini yanına çağırdı və onlara xəbər verdi ki, tezliklə bir qrup sizə hakim olacaq və Allah Lavinin Musa adlı oğullarından biri vasitəsilə sizə kömək edənə qədər sizi çox əziyyət edəcək.

Yusifin vəfatından sonra hər qrup onu öz məhəlləsində dəfn etmək istəyirdi. Münaqişədən qaçmaq üçün onu Misirdə Nil çayında mərmər qutuda dəfn etdilər. Musa (ə) peyğəmbər uzun illər sonra onun cənazəsini oradan çıxararaq Fələstində dəfn etdi.

captcha