IQNA

Astan Hüseynidə yay Quran kursları sona çatıb

15:15 - July 29, 2022
Xəbər sayı: 3492632
Astan Müqəddəs Hüseyninin yay Quran kursları layihəsinin bağlanış mərasimi Quran öyrənən 3400 oğlan və qızın iştirakı ilə keçirilib.

"İQNA", İraqdan xəbər verir ki, İmam Hüseynin (ə) Quran media mərkəzinin rəhbəri Səfa Əs-Silavi deyib: "Bu mərasim iyulun 27-də mənəvi atmosferdə və Darul-Quran və Astan Hüseyni Dini İşlər üzrə iki idarənin səyləri ilə keçirilib".

Astan Hüseyni Quran Təhsil Mərkəzinin rəhbəri Əli Hadi də deyib: "Darül-Quran və Diyanət İşləri üzrə iki şöbədən olan 300 qadın və kişi müəllim bu kurslarda iştirakçılara hifz, qiraət, fiqh və dini elmləri öyrədib".

4074103

captcha