IQNA

Astan Ələvinin Tasua və Aşura matəminə hazırlıqları

13:13 - August 06, 2022
Xəbər sayı: 3492679
Ələvi hərəmi İmam Hüseynin (ə) Tasua və Aşura matəmi ərəfəsində İmam Əlinin (ə) hərəmində zəvvarların və Hüseyni heyətlərinin əzadarlığını asanlaşdırmaq üçün tədbirlər görüb.

"İQNA", xəbər verir ki, Astan Ələvi və Hüseyni heyətləri arasında birgə koordinasiya ilə ətraf küçələrdən əzadarlıq qruplarının Ələvi müqəddəs ziyarətgahına daxil olmasını asanlaşdırmaq üçün planlar hazırlanıb.

Müqəddəs Ələvi ziyarətgahının xidmətçiləri əzadarlıq üçün ən yaxşı şərayiti hazırlamağa çalışırlar.

Həmçinin Məhərrəm ayının birinci ongünlüyündə Astan Müqəddəs Ələvinin texniki və mühəndis heyəti məşəlin daşınması mərasimi üçün İmam Hüseynin (ə) həyətinin yanında 3500 kvadratmetr sahəni qumlayıb.

Bundan əvvəl, Məhərrəm ayının başlanğıcı ərəfəsində Əmirəl-möminin (ə) hərəmində Seyyid Heydər Halinin Aşura mövzusundakı qəsidəsinin beytlərindən ibarət Tərmə kitabəsi ucaldılıb.

4075887

captcha