IQNA

Misirdə qadınların Quran fəaliyyəti əhəmiyyətli dərəcədə artıb

10:39 - August 20, 2022
Xəbər sayı: 3492756
Qurani-Kərimin təbliğçiləri, hafizləri, müəllimləri və qariləri arasından 87 misirli xanımın qadınlar üçün xüsusi Quran dərnəklərində iştirak etmək hüququ təsdiq edilib. Bununla da misirli qadınların Qurani-Kərim fəaliyyətləri əhəmiyyətli bir yüksəlişin şahidi olacaq.

"İQNA", "Əl-əhram"-a istinadən xəbər verir ki, Misirin Vəqf Nazirliyi bu ölkənin Vəqflər Akademiyasının 87 məzununun qadın Quran dərnəylərində iştirak etmək üçün ixtisasını təsdiqləyib.

Onlar Qurani-Kərimin təbliğatçıları, müəllim heyətinin üzvləri, qariləri və hafizləri arasından seçilmişdir. Misirin Vəqflər Nazirliyi bu addımı Qurani-Kərimə xidmət etmək və qadınların Quran fəaliyyətlərində iştirakını artırmaq səylərinin bir hissəsi kimi qiymətləndirib.

Bu nazirlik həmçinin Misir Vəqflər Nazirliyinin məlumat bazası vasitəsilə digər ixtisaslı maraqlı şəxslərə müraciət edib. Onlardan da Quran dərnəklərinin üzvləri üçün ixtisas yoxlama imtahanında iştirak etmələrini istəyib.

Həmçinin Misirin Vəqflər Nazirliyi ilk dəfə olaraq bu ölkənin dörd vilayətində qadın qarilər üçün dörd Quran məclisi təşkil etdiyini açıqlayıb.

4078986

captcha