IQNA

Əlcəzairdə Quran ustadlığı vəzifəsi üçün müsabiqə keçirilir

10:14 - August 23, 2022
Xəbər sayı: 3492779
Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi Quranın tədrisi də daxil olmaqla, Əlcəzairdə min dini vəzifə qazanmaq üçün müsabiqənin keçirildiyini açıqlayıb.

"İQNA", "Jazayers"-ə istinadən xəbər verir ki, Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi məlumat yayıb ki, bu nazirlik 2022 və 2023-cü illərdə dini işlər üzrə ekspertlərin və Quran ustadlarının seçilməsi üçün müsabiqə keçirir.

Bu müsabiqəyə min peşə və vəzifə uğrunda rəqabət daxildir. 400 vəzifə imam camaat və dini işlər müəllimləri ilə bağlıdır. Din işləri üzrə müəllimlərin iki il müddətində etibarlılığı olan Quranı tam əzbərləmə sertifikatı olmalıdır. Səidə və Qasantina əyalətlərində çalışacaq Quran müəllimləri üçün 100 vəzifə ayrılıb.

Quran müəllimlərinin də Quranı əzbərləmə sertifikatı olmalıdır ki, bu da 2 ildən çox olmamaq şərtilə etibarlıdır.

Bu müsabiqənin sonunda 250 nəfər müəzzin işlə alınacaq. Bu şəxslərin də etibarlı Quran hifzi sertifikatı olmalıdır.

4079594

captcha