IQNA

Kanadada bıçaqlı canilər çox sayda insanı qətlə yetirdi

21:03 - September 05, 2022
Xəbər sayı: 3492871
Kanadanın Saskaçevan əyalətində bıçaqlı şəxslər qətllər törədiblər. Hücumda 31 yaşlı Demien Sanderson və 30 yaşlı Maylz Sanderson şübhəli bilinirlər. Saskaçevan əyaləti

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Kanada polisindən məlumat verilib.

Hücumda 31 yaşlı Demien Sanderson və 30 yaşlı Maylz Sanderson şübhəli bilinirlər.

Onların arasında qohumluq əlaqələrinin olub-olmadığı müəyyənləşdirilir.

2 cani ümumilikdə 10 nəfəri qətlə yetirib, 15 nəfəri isə yaralayıblar.

Qeyd edilib ki, cinayətlər kri hindilərinin yaşadığı rezervasiya və Ueldon kəndində törədiliblər.

Baş verənlərin fonunda sakinlərə ehtiyatlı olmaqla bağlı çağırış edilib.

captcha