IQNA

Qətər Quran yarışları üçün iki mindən çox könüllü qeydiyyatdan keçib

7:22 - September 10, 2022
Xəbər sayı: 3492895
Qətər Qurani-Kərim yarışmasının təşkilat komitəsi başçısı Şeyx Casim bu yarışmada iştirak etmək üçün 2 mindən çox kişi və qadın könüllünün qeydiyyatdan keçdiyini açıqlayıb.

"İQNA", "Doha News"-a istinadən xəbər verir ki, müsabiqənin təşkilat komitəsinin yaydığı məlumatda bildirilir ki, Qətər vətəndaşları üçün ayrılmış bölmələrdə ümumilikdə 180 kişi və 439 qadın olmaqla 610 iştirakçı qeydiyyatdan keçib.

Həmçinin Qətərdə yaşayan vətəndaş və əcnəbilərdən olan uşaq kateqoriyası üzrə 1513 könüllü müsabiqə üçün qeydiyyatdan keçib. Bu ölkədə yaşayan əcnəbi mühacirlər arasında 591 kişi və 417 qadın olmaqla 1008 könüllü qeydiyyatdan keçib.

Müsabiqənin təşkilat komitəsi ilkin hissənin sentyabrın 10-da  başlayacağını açıqlayıb.

4084184

captcha