IQNA

Hüseynin (ə) adı ilə dil, irqi və dini fərqlər aradan qalxır

7:26 - September 10, 2022
Xəbər sayı: 3492896
İraqın Dəvət Partiyasının baş katibi Nuri Əl-Maliki Ərbəin ziyarəti ilə bağlı zəvvarlara müraciət edib.

"İQNA", xəbər verir ki, İraqın Dəvət Partiyasının baş katibi Nuri Əl-Maliki Ərbəin zəvvarlarına müraciət edib.

Bu mesajda deyilir:

Seyyiduş-Şühəda Əba Əbdillahil-Hüseynin (ə) Ərbəini ərəfəsində bu xeyirli hadisənin dirçəldilməsi üçün bütün təşkilatçıların səylərinə görə təşəkkür edirəm. Öz şəhərlərindən və ölkələrindən Kərbəlaya piyada və qəlbləri Seyyiduş-Şühədaya (ə) məhəbbətlə gəlmiş bütün müsəlmanlara, xüsusilə Əhli-Beyt (ə) tərəfdarlarına, kişilərə, qadınlara, yaşlılara və cavanlara salam göndərirəm.

Bu milyonluq yürüyüşdə xeyirxahlığın və səxavətin tarixi bayraqdarı olan, qardaşlarına könüllərini, çadırlarını, qonaq evlərini açan qeyrətli iraqlı qardaşların adını çəkməyi zəruri hesab edirəm. Həqiqətən də Hüseyn (ə) məhəbbəti ilə qəlbləri qovuşdurur, mehribanlığı ilə insanları birləşdirir, onun zikri ilə dil, etnik və dini fərqlər aradan qalxır.

İmam Hüseynin (ə) bütün zəvvarlarına deyirəm: "Allaha and olsun ki, şəhidliyin tüğyan və zülm üzərində zəfərini diriltməklə xoşbəxt olanlardansınız. Allaha and olsun ki, fədakarlıq gününü qeyd etməklə sadiq insanlardansınız. Vallah, siz Cənnət cavanlarının ağasına beyətlə ixlaslı olanlardansınız. Bu gözəl tale mübarəkdir".

4084022

Oxşar xəbərlər
captcha