IQNA

Misirdə Quran müəllimlərinin bacarıqlarının artırılması planı

19:12 - September 28, 2022
Xəbər sayı: 3492995
Misirin Əl-Əzhər Universiteti bu ölkədə yeni tədris ili ərəfəsində Quran müəllimlərinin bacarıqlarını artırmaq üçün ümummilli plan həyata keçirib.

"İQNA", "Əl-Bəvabə"-yə istinadən xəbər verir ki, Misirin Əl-Şərqiyyə əyaləti Quran müəllimləri üçün "Oxu, ucal və oxu" adlı layihənin icrasına başlayıb. Bu, Qurani-Kərim müəllimlərinin qiraət və təcvid qaydalarına yiyələnmə səviyyəsinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilmişdir. Həmçinin şagirdlərin arzu olunan səviyyədə olmasını təmin etmək məqsədilə onların səviyyəsinin yüksəldilməsini hədəfləyir.

Yeni tədris ilinin əvvəlində Misirin digər əyalətlərində də həyata keçiriləcək bu plan, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin istəyi ilə Əl-Əzhər Universitetinin təhsil sahəsi üçün hazırlanmışdır.

4088340

Ad:
E-poçt:
* Comment:
captcha