IQNA

Hindistanda halal məhsullara qarşı kampaniyaya start verilib

10:29 - October 01, 2022
Xəbər sayı: 3493004
Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.

"İQNA", "Hindu Post"-a istinadən xəbər verir ki, Rac Thackeri-nin rəhbərlik etdiyi "Maharashtra Navnirman Sena" (MNS) “Halala yox” kampaniyasına başlayıb.

Bu partiya halal sənayenin terrorizmin ən böyük maliyyələşdirmə mexanizmi olduğunu iddia edib. Həmçinin, hindular İslam sənayesi səbəbindən gəlirlərini və dolanışıqlarını itiriblər.

Thackeri dedi: "Halal ətin əhəmiyyəti o dərəcədə artmışdır ki, jatka ətinin (Hinduizmin vurğuladığı şəkildə kəsilir) ticarəti ciddi şəkildə təsirlənir".

"MNS" partiyasının digər üzvü Yaşvant Kildar açıq məktubda halal məhsul biznesinin vegetarian yeməkləri və vegetarianları da hədəf aldığını iddia edərək, insanlardan halal ət istifadə etməməyi istəyib.

Bu məktubun bir hissəsində deyilir: "Biz bu məhsulları almaqla bir növ terroru maliyyələşdiririk. Partiyamızda halala yox deyərək buna son qoymalıyıq. İnsanlardan xahiş edirik ki, bu məqsəd ətrafında hərəkat yaratsınlar və bu hərəkata qoşulsunlar.

4088749

Ad:
E-poçt:
* Comment:
captcha