IQNA

Pakistanda dünyanın ən yaxşı İslam birjasının seçimi

11:15 - October 01, 2022
Xəbər sayı: 3493006
Pakistan Fond Birjası (PSX) Qlobal İslam Maliyyələşdirmə Mükafatları (GIFA) tərəfindən 2022-də Ən Yaxşı İslam Fond Birjası mükafatını qazanıb.

"İQNA", "The News"-a istinadən xəbər verir ki, bu, ardıcıl ikinci ildir ki, "GIFA" ən yaxşı İslam birjası mükafatını "PSX"-ə verir.

PSX-in idarəedici direktoru Fərrux H. Xan bildirdi ki, Pakistan Fond Birjasının bu mükafatı ardıcıl ikinci il alması böyük şərəfdir. Bu, PSX-nin İslam maliyyələşdirməsi sahəsində hərtərəfli məhsullar, təkliflər və tənzimləyici inkişafları təmin etməkdə gücünün və möhkəmliyinin təsdiqidir.

O, əlavə edib: "252 şəriətə uyğun şirkət birjada siyahıya alınmış bütün şirkətlər arasında ümumi bazar dəyərinin 70%-dən çoxunu təşkil edir. Hökumət islami maliyyələşdirmə prinsiplərinə uyğun olaraq kapitalı artırmağa çalışır".

Qlobal İslam Maliyyələşdirmə Mükafatları (GIFA) hər il İslam dünyasında İslam bankçılığı və maliyyələşdirilməsi üzrə ən yaxşıları elan edən beynəlxalq platformadır.

2011-ci ildən bu mükafatlar bütün dünyada İslam bankçılığı və maliyyəsinin təşviqində üstün performans nümayiş etdirən və sosial məsuliyyətə sadiq olan şəxslərə, qurumlara və dövlət idarələrinə təqdim olunur.

Pakistan Fond Birjası 2016-cı ildə Kəraçi, Lahor və İslamabad üç fond bazarının birləşməsindən yaradılıb.

4088743

Ad:
E-poçt:
* Comment:
captcha