IQNA

Dünyada karlar üçün Quran təlimi təşəbbüslərinə baxış

22:06 - October 01, 2022
Xəbər sayı: 3493007
Müxtəlif ölkələrdə təhsil nazirlikləri eşitmə qabiliyyətini itirmiş şagirdlərin Quran təlimlərindən və İslam maarifindən faydalanma səviyyələrini yüksəltmək üçün xüsusi planlar təqdim etmişlər və ya həyata keçirirlər.

"İQNA", xəbər verir ki, Beynəlxalq Karlar və İşarə Dili Günü dünya təqvimində sentyabrın 30-dur.

Dünyada 360 milyon insan eşitmə qüsurundan əziyyət çəkir, onlardan 32 milyonu uşaqlardır.

Eşitmə qabiliyyətinin itirilməsi genetik səbəblər, anadangəlmə qüsurlar, müəyyən infeksion xəstəliklər, bəzi xroniki qulaq infeksiyaları, müəyyən dərmanların istifadəsi, yüksək səslərə məruz qalma və yaşlanma ilə bağlı ola bilər.

Uşaqlarda eşitmə itkisinin 60%-nin qarşısı alına bilər.

Ərəb Karlar Həftəsi hər il aprel ayının son həftəsində qeyd olunur. Onun gedişində ərəb dünyasındakı karlara qayğı ilə bağlı qurumlar karlığın tanıdılması və qarşısının alınması, karların hüquq və imkanları haqqında məlumatlılığın artırılması və hər cür problemlərin həlli üçün media və insan haqları tədbirləri təşkil edir.

Ərəb Təhsil, Mədəniyyət və Elm Təşkilatı (ALECSO) biliyi genişləndirmək və öyrənmədə yeni informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək məqsədilə eşitmə məhdudiyyətli insanlar üçün Qurani-Kərimin tərcüməsi planını təqdim edib.

Baş ofisi Tunisdə yerləşən və Ərəb Liqası çərçivəsində fəaliyyət göstərən bu təşkilat əsasən təhsil, mədəniyyət və elm sahələrinin inkişafı yolu ilə ərəb mədəniyyətinin inkişafı ilə məşğul olur.

Əl-Əzhər İslam Araşdırmaları İnstitutunun qadın təbliğatçıları üzrə baş katibinin köməkçisi İlham Şahin də deyir ki, Əl-Əzhərin şeyxi Əhməd ət-Tayib əlillərə diqqət yetirilməsinin və onlara Quran tədrisi xidmətlərinin göstərilməsinin vacibliyini vurğulayıb. Məhz buna görə də Əl-Əzhər İslam Araşdırmaları İnstitutu təbliğatçılardan biri olan Mona Aşur hər həftə işarət dilində islam təbliğatı ilə bağlı karlar üçün görüşlər təşkil etmək qərarına gəlib.

Bu proqram 31 avqust 2022-ci il Çərşənbə günü Əl-Əzhər Mərkəzində başlayıb. Əl-Əzhərin təbliğatçısı Mona Aşur isə birbaşa karlara dini mövzuları öyrədir. Bu məclislər hər çərşənbə keçirilir.

Eyni zamanda, bu ölkənin Menya əyalətində eşitmə qabiliyyəti olmayan misirli qadın və qızlar üçün Quran hifzi və dini elmlərin tədrisi üzrə ilk məktəb fəaliyyət göstərir. Bu məktəb Menya şəhərindəki “Əl-Əmravi” məscidində yaradılmışdır. Quranın işarət dilində əzbərlənməsi və təfsiri, dini elmlər və təhsil, peyğəmbərlik həyatı, dua və bəzi peyğəmbərlik hekayələri bu məktəbdə tədris olunan fənlər sırasındadır.

242 milyon əhalisi ilə ən sıx islam ölkəsi olan İndoneziyada Yoqyakarta şəhərində eşitmə qabiliyyəti olmayan uşaqlar üçün unikal dini məktəb yaradılıb. Yogyakarta məktəbi dünyanın ən böyük müsəlman ölkəsində kar şagirdlərə İslam təhsili verən azsaylı məktəblərdən biridir.

4088719

Ad:
E-poçt:
* Comment:
captcha