IQNA

Omanda keçirilən “Sultan Qabus” Quran yarışmasında 25 mərkəz iştirak edib

19:06 - October 18, 2022
Xəbər sayı: 3493104
Omanın 30-cu “Sultan Qabus” Qurani-Kərim müsabiqəsinin ilkin mərhələsi keçirilir. Burada ölkənin hər yerindən 25 mərkəz iştirak edir.

"İQNA", "Oman qəzeti"-nə istinadən xəbər verir ki, Oman Kral Məhkəməsinin Sultan Qabus Ali Mədəniyyət və Elm Mərkəzinin himayəsi ilə ölkənin müxtəlif əyalətlərindəki 25 mərkəzdə 30-cu “Sultan Qabus Qurani-Kərim” müsabiqəsi keçirilir.

Bu yarışma Qurani-Kərimin hifzi ilə yanaşı, onun göstərişlərinə əməl etmək, nəsillər arasında Quran maarifləndirməsi, yaxşılığa və cəmiyyəti islah etməyə çağırmaq məqsədi ilə keçirilir.

Həmçinin, hifz və qiraət sahəsində görkəmli Quran istedadlarının üzə çıxarılması da bu yarışmanın digər məqsədlərindəndir.

Hazırda Omanın şimal-şərq əyalətinin paytaxtı “İbra”da “Sultan Qabus” Qurani-Kərim müsabiqəsinin ilkin mərhələsi başlayıb və bu mərhələ üç gün davam edəcək.

4092594

captcha