"İQNA", İmam Əlinin (ə) hərəminin məlumat bürosuna istinadən xəbər verir ki, Nəcəf Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin minarələrindən Qurani-Kərim tilavəti üçün ixtisaslı qarilərin imtahanı keçirilib.
Bu imtahan Hərəmin Mədəniyyət İşləri üzrə müavinliyinin tabeliyində olan Darul-Quranın səyləri ilə ixtisaslı qiraətçiləri seçmək üçün keçirilib.
İmam Əlinin (ə) hərəminin Darul-Quranının rəhbəri Əmir Kəsar verdiyi açıqlamada deyib: "Hərəmin Quran oxumağa haqq qazanmış bütün üzvləri bu imtahanda iştirak ediblər".
Kəsar əlavə edib: "Sınaq imtahanında 25 nəfər iştirak edib və onlardan 11 nəfəri bu müqəddəs hərəmdə Quran oxumaq üçün ixtisaslaşdırılmış imtahan komissiyası tərəfindən tanınıb".
4094042