"İQNA", "Əl-Qüds əl-Ərəbi"-yə istinadən xəbər verir ki, bu İngilis qəzeti, Britaniya Daxili İşlər Nazirliyinin mütəxəssis qruplarının son üç il ərzində məbədlərdə, məscidlərdə və kilsələrdəki sosial ünsiyyət ofislərinə 400-dən çox səfər etdiyini ortaya qoydu. Bu, 2019-cu ildən bəri edilən səfərlərin sayından dörd dəfə çoxdur.
Bu qəzetin əldə etdiyi məlumata görə, üç dəfə insanlar deportasiya olunmaq üçün dini mərkəzdəki məsləhətxanadan birbaşa hava limanına aparılıb.
Mühacirləri müdafiə edən qruplar və xeyriyyə təşkilatları bu işi tənqid edərək, bunu “düşmən mühiti” yaradan siyasət adlandırıb və ləğv edilməli olduğunu bildirib. Onlar vurğulayırlar ki, immiqrantlar bu cür hərəkətlərlə “aldadılır”.
4097560