IQNA

İsveçdə 6-cı Şimali Avropa Quran və Azan yarışları keçiriləcək

14:14 - November 10, 2022
Xəbər sayı: 3493241
İsveçin paytaxtı Stokholmdakı İmam Əli (ə) İslam Mərkəzinin himayəsi ilə bu ölkədə Şimali Avropa Quran və Azan yarışlarının altıncısı keçiriləcək.

"İQNA", xəbər verir ki, 24-26 fevral 2023-cü il tarixlərində İsveç İslam Mərkəzində Şimali Avropanın 6-cı qiraət, hifz, azan və Quran məfhumları yarışları (Avropa Quran yarışları) keçiriləcək. Avropanın müxtəlif ölkələrindən qarilər və hafizlər orada iştirak edəcək.

Stokholmdakı İmam Əli (ə) İslam Mərkəzi bu müsabiqənin təfərrüatları barədə hələ ki, açıqlama verməyib. Qeydiyyat üçün çağırış və digər məlumatlar tezliklə bu mərkəzin sistemində və sosial şəbəkələrdə dərc olunacaq.

İndiyədək bu yarışların beş mərhələsi İsveçdə keçirilib. Yarışların beşinci dövrəsinin bağlanış mərasimi Qədir-Xum bayramı ilə eyni vaxtda Stokholmdakı İmam Əli mərkəzinin iclas zalında keçirilib.

4098202

 

captcha