IQNA

Küveytdə müxtəlif dillərdə Quran təfsirləri paylanıb

15:42 - November 21, 2022
Xəbər sayı: 3493294
Küveytdəki “Əl-Kanadrə” xeyriyyə fondu bu ölkədə yaşayan ərəb olmayanlar arasında Quranın müxtəlif dillərdə təfsirlərinin paylandığını elan edib.

"İQNA", "Ən-Nəbə"-ə istinadən xəbər verir ki, “Əl-Kanadrə” Xeyriyyə Fondunun inzibati şurasının rəhbəri İbrahim Məhəmməd Həsən Əl-Kəndəri deyib: "Ümid edirik ki, bu layihə Qurani-Kərimə, İslama və müsəlmanlara xidmət yolunda xeyirli və bərəkətli bir addın olacaqdır".

O əlavə edib: "Biz həmçinin ümid edirik ki, Allah bizi dini və dünyəvi işlərdə müvəffəq etsin. Müsəlmanlar bu layihədən faydalana və Quranın mənaları üzərində düşünə bilsinlər".

Əl-Kəndəri bildirib: "Bu proqram Əl-Kanadrə Xeyriyyə Fondunun İslama və müsəlmanlara xidmət etmək səylərinə uyğun təqdim olunub. Habelə Qurana diqqət yetirərək və ərəb olmayan müsəlman qardaşlarımızın Qurana artan ehtiyaclarını nəzərə alaraq həyata keçirilib".

Bu planın bir hissəsi olaraq Küveytdə ərəbcə danışmayan şəxslər və ailələr arasında min cilddən çox Quran təfsiri paylanılıb.

4101188

Ad:
E-poçt:
* Comment:
captcha