IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 7

Həzrət Əlinin (ə) kəlamında cihadın fəziləti

10:43 - December 04, 2022
Xəbər sayı: 3493358
Sosioloq və din sahəsində tədqiqatçı İmad Əfruğ Nəhcül-bəlağənin 11-ci xütbəsindən hissələrə istinad edərək, İmam Əlinin (ə) nəzərindən cihad və hərbi təlimin əhəmiyyəti məsələsinə toxundu.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. Onun sözlərini aşağıda “Cihad və hərbi təlimin növü” başlığı altında oxuya bilərsiniz:

Bu gün üçün seçdiyim xütbə Əmirəlmöminin həzrət Əlinin (ə) Nəhcül-bəlağədəki 11-ci xütbəsidir ki, cihad, onun əhəmiyyəti və hərbi təlimin növündən bəhs edir. Bu mühüm sözlər cihadı təbliğ edən və zalımların davranışlarının qarşısında müdafiə edən ölkə və millət üçün çox faydalıdır.

İmam Əli (ə) bu xütbədə buyurur: "Dağlar parçalanıb yerə tökülsə də, sən sabit və möhkəm qal. Dişlərini bir-birinə sıx, başını Allaha əmanət et. Ayaqlarını yerə mismarla və düşmən ordusunun son sıralarına bax. Düşmənin çoxluğuna gözlərini yum və bil ki, zəfər və qələbə Uca Allahdandır".

Bu xütbənin davamında “Nəhcül-bəlağə”nin altıncı xütbəsinə də müraciət edə bilərik ki, o da döyüşə hazırlıqla bağlı bəyan olunmuşdur. Həzrət Əmir (ə) bu xütbədə buyurur: “Ey müsəlmanlar! Alt paltarı Allah qorxusunu, üst paltarı isə aramlıq və soyuqqanlılıq qərar verin. Düşmənin qılınc zərbələrinə qarşı müqavimətinizi artırmaq üçün dişlərinizi bir-birinə sıxın. Döyüş zirehini tamamlayın, qılıncı qınından çıxarmazdan əvvəl onu bir neçə dəfə silkələyin və gözünüzün ucu ilə düşmənə baxın və zərbələri soldan və sağdan endirin və qılıncın itiliyi ilə vurun.

Həmçinin bununla əlaqədar olaraq cihad və döyüşdə hazırlıq mövzusuna, əzmkarlıq və cihadla bağlı amillərə həsr olunmuş Nəhcül-bəlağənin 121-ci xütbəsini maraqlananların nəzərinə təqdim edirəm. Əlbəttə ki, bu xütbədə bir növ həsrət və keçmişə nəzər salmaq da görünür.

Əmirəlmöminin (ə) bu xütbədə buyurur: “İslama dəvət olunub qəbul edən, Quran oxuyan və ayələrin mənalarını başa düşən insanlar haradadırlar? Balasına dönən dəvə kimi Cihada məftun oldular. Qılınclar qınından çıxıb dəstə-dəstə, cərgə-cərgə yeri mühasirəyə aldılar. Bəziləri şəhid oldu, bəziləri xilas oldu. Heç vaxt kiminsə döyüş meydanında sağ qalmasına sevinmədilər və şəhidlərin ölümünə başsağlığı verməyə ehtiyac duymadılar. Allah qorxusundan uzun müddət ağlamaqdan gözləri narahat idi. Çox oruc tutmaqdan qarınları arıqlayıb kürəklərinə yapışmışdı. Duaların çoxluğundan dodaqları qurumuşdu. Gecə oyaq qalıb ibadət etməkdən üzləri saralmışdı. Üzlərinə xüşu və təvazökarlıq tozu oturmuşdu. Onlar mənim getmiş qardaşlarımdır, onlarla görüşmək eşqində olmalıyıq, ayrılıqlarının qəmindən həsrət çəkməliyik".

* "Nəhcül-bəlağə" İmam Əlinin (ə) məktubları, xütbələri və hikmətli sözlərindən seçmədir. Seyyid Rəzinin hicri 4-cü əsrin sonunda (miladi 11 əsr) topladığı kəlamlarından seçmədir. Nəhcül-bəlağənin bir çox xütbələri insanlara ilahi əmrlərə əməl etməyi və haramlardan uzaq durmağı tövsiyə etmişdir. məktubların valilərə ünvanlanmış hissəsində isə xalqın haqqına hörmətlə yanaşmalarına əmr edilmişdir. 3965422

captcha