IQNA

“Nəhcül-bəlağə”dən seçmələr / 2

Möminlərin Əmirinin (ə) nəzərində tövhid

11:29 - November 16, 2022
Xəbər sayı: 3493269
İmam Əli (ə) Nəhcül-bəlağənin ilk xütbəsində xalis tövhidin cəhətlərini bəyan etmişdir.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən seçmələr haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. Onun “Nəhcül-bəlağə”nin ilk xütbəsindən seçmələrə istinad edərək “Xalis tövhid” adlı sözlərini diqqətinizə çatdırırıq:

Qısaca nəzərdən keçirmək üçün seçdiyim ilk xütbə Nəhcül-bəlağənin ilk xütbəsidir.

Məncə, o, tövhidlə bağlı ən gözəl ifadəni irəli sürərək belə buyurmuşdur: “Dinin başlanğıcı Allahı tanımaqdır, Allahı tanımağın kamilliyi isə Ona iman etməkdir. Allaha iman gətirməyin kamilliyi Onun birliyinə şahidlik etməkdir. Tövhidin kamilliyi ixlasdır. İxlasın kamilliyi də Allahı başqa məxluqlardan ayırmaqdır".

Həzrət Əlinin (ə) bu ifadələrini diqqətlə nəzərdən keçirsək, tövhidin müxtəlif cəhətlərini (xüsusən də tövhidin kamilliyinin ixlas olduğunu və Allahın sifətlərini məxluqatın sifətlərindən ayırmağın vacibliyini qeyd etdiyi yerdə) müşahidə etmiş olarıq. Bir növ xalis tövhidə nail olacağıq.

Bu xütbənin davamında ilahiyyat kitabları ilə (xristian ilahiyyatı, islam ilahiyyatı və s.) tanış olanlar üçün çox faydalı olan başqa bir cümlə var. Bu, tövhid və ilahiyyat bəhsləri ilə maraqlananlara çox kömək edir.

“Allahın nədə olduğunu soruşan, Onu başqa bir şeydə düşünmüşdür. Allahın nəyin üzərində olduğunu soruşan isə, şübhəsiz ki, bir yeri ondan boş hesab etmişdir. Bir halda ki, Allah həmişə mövcud olub və heç nədən yaranmayıb. Hər şeylədir, bir halda ki, onların həmnişini deyil. Hər şeydən fərqlidir, bir halda ki, onlardan ayrı deyil. Hərəkət etmədən, o, hər şeyi edəndir. Heç bir alətlər və cihazlardan istifadə etmədən də görür. Hətta o zaman ki, heç bir yaranmış yox idi. O, təkdir. Çünki onunla üns tutacaq və yoxluğundan qorxacaq kimsə yox idi.

“Richard Swinburne” adlı məşhur xristian ilahiyyatçılarından biri deyir: “Allahın bədəni yoxdur; Çünki bədəni olsaydı, onun vücudu ilə varlığının sərhədləri olardı. Lakin bədəni olmadığı üçün eyni anda müxtəlif yerlərdə ola bilər.

captcha