IQNA

Misirin Quranı uzaqdan əzbərləmə proqramı

20:58 - December 06, 2022
Xəbər sayı: 3493376
Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə bu nazirliyin uzaqdan Quran hifzi proqramını işə salmağa hazırlaşdığını bildirib.

"İQNA", " Misravi "-yə istinadən xəbər verir ki, Misirin Vəqflər Naziri Məhəmməd Muxtar Cümə birlidirb ki, bu nazirlik tezliklə uzaqdan Quran hifzi proqramını işə salmağa hazırlaşır. O, şəxsi Twitter hesabında yazdığı tvitdə bu xəbəri açıqlayıb və əlavə edib ki, bu proqram Qurani-Kərimi əzbərləmək və onun məfhumlarını anlamaq istəyənlər üçün hazırlanıb.

"Əl-Usbu"-nun məlumatında deyilir: "Xüsusi və bənzərsiz bir tədbirdə "Tənta" şəhərində Əl-Əzhər Universitetinin Quran oxuması və elmləri fakültəsinin 100 tələbəsinin buraxılış mərasimi keçirilib. Bu mərasimdə iştirak edən tələbələr Əl-Şatibiyyə və Əd-Dərrə üsullarından istifadə edərək bir il ərzində Qurani-Kərimi on qiraətlə xətm etməyə nail olublar".

Bu plan Misirdə və ərəb dünyasında Quranı xətm etmək üçün ən böyük proqramlardan biri hesab olunur. Bu proqramlar zamanı hər bir tələbə Qurani-Kərimi təcvidin bütün aspektləri ilə oxumağı bir mütəxəssis müəllimin yanında öyrənir. Digər tərəfdən, hər bir tələbə “Şatibiyyə” və “Əd-Dərrə”ın mətnini ayrı-ayrılıqda əzbərləyirdi. Davamında bu qeyd-şərtlər davamlı olaraq təkrarlanır, nəzərdən keçirilir və təsvir edilir.

Bu kursda İndoneziya, Hindistan, Uqanda və Qırğızıstandan olan tələbələr də iştirak ediblər.

Digər tərəfdən, Əl-Əzhər bu kursun tələbələrin və onların ailələrinin rifahı üçün pulsuz keçirildiyini açıqlayıb.

4104889

Ad:
E-poçt:
* Comment:
captcha