IQNA

İfratçı hinduların məsciddə ibadət mərasimi keçirmək tələbi

11:27 - December 08, 2022
Xəbər sayı: 3493385
İfratçı hinduların ibadət mərasimlərini məsciddə keçirmək tələbi Hindistanın bir şəhərində gərginliyə səbəb olub.

"İQNA", "Əl-Ümmət"-ə istinadən xəbər verir ki, Uttar Pradeş əyalətinin Mathura şəhərində Hindutva təşkilatının Şahi Məscidində puja keçirməyə dəvətindən sonra gərginlik artıb.

Hindu ifratçı təşkilatlarının məlumatına görə, mərasim Uttar Pradeş əyalətində Babri məscidinin dağıdılmasının ildönümü münasibətilə keçirilir.

Bu dəvət Hindutva təşkilatı tərəfindən qaldırıldıqdan sonra Mathurada təhlükəsizlik qüvvələrinin sayı artıb. Yerli rəsmilərin məlumatına görə, bu şəhərə 1500-ə yaxın təhlükəsizlik qüvvəsi yerləşdirilib. Şri Krişna Canmastan məbədi və Şahi məscidi yaxınlığında nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.

Polis Şahi məscidinə qarşı aksiyalar keçirməyi planlaşdıran ifratçı hindu qruplarının bir sıra liderlərini həbs edib.

Hindutva ötən il də oxşar dəvət etmişdi, lakin yerli hakimiyyət onların dəvətini yerinə yetirməsinə mane oldu.

4105432

Ad:
E-poçt:
* Comment:
captcha