IQNA

İbn Salman azan səsini qadağan etməyə çalışır

11:55 - December 08, 2022
Xəbər sayı: 3493387
Səudiyyə sosial şəbəkələrinin fəalları Məhəmməd ibn Salmanın azan səsinə məhdudiyyətlərin yaradılması və eyni zamanda bu ölkədə qeyri-islami əyləncə proqramlarının yayımlanması kimi məsələlərlə bağlı yanaşmasını tənqid ediblər.

"İQNA", "Əl-İttihad"-a istinadən xəbər verir ki, Səudiyyə mediası bəyan edib ki, ibn Salman və Turki Ali Şeyx azanın səsgücləndiricilər vasitəsilə yayımlanmasının qarşısını almağa çalışırlar. Onlar bunu onunla əsaslandırırlar ki, azan Səudiyyə Ərəbistanına rəqs məclislərində iştirak etmək üçün gələn turistləri narahat edir.

Səudiyyəli fəal Turki Əl-Şəlhub ibn Salmanın əxlaqsız siyasətini tənqid edərək, Twitter hesabında yazıb: "İbn Salmanın dövründə azan və namaz səsini ucadan vermək qadağandır, şənlik məclislərinin səsinin ucadan yaılması isə icazəlidir".

Bu yaxınlarda səudiyyəli fəallar ibn Salmanın Səudiyyə cəmiyyətində təbliğ etdiyi əxlaqi fəsad vəziyyətini göstərən bir neçə video yayımlayıblar.

4105424

captcha