IQNA

Kaliforniyada məscidə edilən hücumla bağlı araşdırma aparılması istənilib

15:38 - January 05, 2023
Xəbər sayı: 3493521
Amerika-İslam Münasibətləri Şurası bu ölkənin səlahiyyətlilərindən Kaliforniya ştatında məscidə edilən hücumun araşdırılmasını istəyib.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Amerika-İslam Münasibətləri Şurası Kaliforniyada məscidə edilən hücumu nifrət cinayəti adlandırıb və Amerika hakimiyyətini bu hücumu araşdırmağa çağırıb.

Bu Şura özünün Facebook səhifəsində verdiyi açıqlamada bildirib ki, müşahidə kameraları şübhəlinin böyük bir daşı daşıyaraq onu Tracy İslam Mərkəzinin pəncərəsindən atdığını göstərib.

Bu bəyanatda deyilir: "Bir ibadət yerinin bu vandalizm aktının hədəfi olduğunu nəzərə alaraq, polis orqanlarından bu ürəkağrıdan hadisənin mümkün motivini aydınlaşdırıb tez və hərtərəfli araşdırma aparmalarını istəyirik. Həmçinin şübhəlini həbs etdikdən sonra lazımi ittihamları irəli sürmələrini istəyirik".

"Biz amerikalı müsəlmanları və Kaliforniyadakı islami qurumları əlavə təhlükəsizlik tədbirləri görməyə çağırırıq", deyə - Şura bildirib.

4112126

captcha