IQNA

Misirdə keçirilən milli Quran hifzi müsabiqəsinin birinci mərhələsi başa çatıb

1:46 - January 21, 2023
Xəbər sayı: 3493587
Bütün Misir üzrə Əl-Əzhərə bağlı mərkəzlərin Quran hafizlərinin seçilməsi üzrə milli müsabiqənin birinci mərhələsinin qalibləri məlum olub.

"İQNA", "Misri Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Əl-Əzhər Universitetinin vitse-prezidenti Məhəmməd Əl-Zəvini hicri 1444-cü ildə bu ölkədə Qurani-Kərimin hifzi və təfsiri üzrə milli müsabiqənin birinci mərhələsinin nəticələrini açıqlayıb.

O, bu müsabiqənin ikinci mərhələsinə 59 495 iştirakçının keçdiyini vurğulayaraq deyib: "Bu iştirakçılar ümumi xalların 80%-ni və daha çoxunu toplayıblar. Onlardan 35 min 845 nəfəri Misirin bütün Quran hifzi məktəblərindən, 23 min 84 nəfəri Əl-Əzhər müəssisələrindən, 566 nəfəri isə Əl-Əzhər Universitetindəndir".

Bu Əl-Əzhər rəsmisi vurğuladı: "Bu müsabiqənin ikinci mərhələsi fevralın 25-də başlayacaq".

Şeyx Əl-Əzhər Qurani-Kərim yarışması hər il Şeyx Əl-Əzhərin nəzarəti altında keçirilən Quran yarışıdır. Bu universitetə ​​bağlı Əl-Əzhər müəssisələrinin və Quran hifzi məktəblərinin tələbələri və müxtəlif vilayətlərdəki Əl-Əzhər Universitetinin tələbələri burada iştirak edirlər.

4115935

captcha