IQNA

Quran surələri / 65

İslamda ər-arvadın ayrılmasının qaydalarının izahı

21:08 - March 07, 2023
Xəbər sayı: 3493814
İslamda ailə məsələsinə xüsusi diqqət yetirilmişdir. Həmçinin ailə üzvlərinin sevgi və yaxınlıq içində bir yerdə ola bilmələri üçün ailənin hər bir üzvünə xüsusi rol və vəzifələr müəyyən etmişdir. Eyni zamanda ciddi fikir ayrılıqları yaşayan ər və arvad üçün də həll yolu qeyd edilir.

Qurani-Kərimin 65-ci surəsi “Təlaq” adlanır. 12 ayədən ibarət olan bu surə iyirmi səkkizinci cüzdə yer almışdır. Mədinə də nazil olan bu surə Peyğəmbərə (s) nazil olan doxsan doqquzuncu surədir.

  Bu surənin “Təlaq” adı ilə adlandırılması ona görədir ki, burada İslam nöqteyi-nəzərindən ər-arvadın bir-birindən ayrılması qanunlarına işarə edilir. Bu surənin yarıdan çoxu bu mövzuya həsr olunub.

“Təlaq” surəsinin birinci hissəsində xəbərdarlıq, hədə-qorxu və müjdə ilə ümumi boşanmanın hökmləri, ikinci hissədə isə Allahın əzəməti, Peyğəmbərin (s) məqamı, əməlisalehlərin mükafatı və pislərin əzabından bəhs edilir.

"Təlaq" surəsi nəsihətlər, hədələr və müjdələrlə yanaşı boşanma ilə bağlı ümumi qaydaları da ehtiva edir. Bu surədə boşanma, ayrılmış və boşanmış qadınlar, ayrılmış hamilə qadınların hüquqları ilə bağlı qanunlardan əlavə, gələcək üçün ibrət dərsi olaraq keçmiş cəmiyyət və qrupların həyatına işarə edilir. Tövhid, məad, nübüvvət və təqvalı insanların vəsfindən bəhs etmək, həmçinin təqvaya əmr etmək və Allaha təvəkkül etmək “Təlaq” surəsinin digər mövzularındandır.

Bu surədə iki dəstənin həyatından bəhs edilir; Birincisi, Allahın əmrinə itaətsizlik edərək şiddətli əzaba düçar olanlara, ikincisi, yaxşı işlər görməklə və peyğəmbərlərə tabe olmaqla xüsusi ilahi hidayət və behişt nemətləri əldə edənlərlə bağlıdır.

captcha