Kanada Müsəlmanları Milli Şurası (NCCM) Toronto metrosunda hicablı qadına hücum cəhdini pisləyib. Polis isə şübhəliləri çağırdığını və hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.

"İQNA", "CBC"-yə istinadən xəbər verir ki, Kanada Müsəlmanları Milli Şurası (NCCM) polisin hadisəyə nifrət cinayəti kimi baxmasını istədiyini bildirərək bəyanat yayıb.
Şuranın məlumatına görə, baş örtülü qadın Toronto metrosunun Metropolitan One və Finch West stansiyaları arasında böyük bıçaq daşıyan kişi tərəfindən hədələnib.
Şuranın açıqlamasında bildirilir ki, müsəlman xanım bir sərnişin qatarının fövqəladə həyəcan siqnalını verərək ona kömək edənə qədər bir neçə vaqonda qaçmağa məcbur olub.
Bu hadisə martın 9-da saat 17 radələrində baş verib.
4128073