IQNA

Kəbə pərdəsi mübarək Ramazan ayı üçün hazırlanır

17:24 - March 19, 2023
Xəbər sayı: 3493884
Kral Əbdül-Əziz Kəbə pərdəsinin toxunması mərkəzi Kəbənin pərdəsinin əzəmətini və zahiri görünüşünü ən yaxşı şəkildə qorumaq üçün onu mübarək Ramazan ayına hazırlamağa başldığını bildirib.

"İQNA", "Rusiya Əl-yəvm"-ə istinadən xəbər verir ki, Kral Əbdül-Əziz Mərkəzinin Kəbə Pərdəsi üzrə müavini Əmcəd Əl-Hazimi bu xəbəri açıqlayıb və qeyd edib: "Bu qurumun əməliyyat-texniki planına əsasən, Kəbənin pərdəsi gündəlik olaraq yoxlanılır və səudiyyəli mütəxəssislər tərəfindən dövri təmir işləri aparılır."

İşçi qrup Kəbə örtüyünün bütün hissələrini və onun üçün quraşdırılmış halqaları yoxlayır, hər hansı bir qüsur varsa, onu tez bir zamanda düzəldirlər.

O əlavə etdi: "İşçi qrupu Kəbəni müqəddəs Ramazan ayına hazırlamaq üçün təsdiq edilmiş plan əsasında Kəbə pərdəsinə baxış və bərpa işlərinə üstünlük verən mütəxəssis və texniki işçilərdən ibarətdir."

Bu komandanın üzvləri həmçinin Kəbə pərdəsinin bərpasını ən yüksək dəqiqlik və keyfiyyət standartlarına əsaslanaraq, ən yaxşı texnologiyalardan və ən yaxşı xammaldan istifadə etməklə həyata keçirirlər.

4129019

captcha