IQNA

İsveçdə Ər-Rəhman surəsini əzbərləmək üzrə müsabiqə keçiriləcək

5:24 - March 25, 2023
Xəbər sayı: 3493907
Ramazan ayı münasibəti ilə İsveçin İmam Əli (ə) İslam Mərkəzi Ər-Rəhman surəsinin əzbərlənməsi üzrə müsabiqə təşkil edir.

"İQNA", xəbər verir ki, bu mərkəz elan edib: "Bu müsabiqə 8-16 yaş arası oğlan və qızlar üçündür və 15 aprel 2023-cü il şənbə günü yerli vaxtla saat 15:00-da  mərkəzi müsəllada keçiriləcək".

Surəni əzbərləməyə müvəffəq olan bütün insanlara mükafat veriləcək. Münsiflər heyətindən ən yüksək bal toplayan müsabiqənin ilk beş qalibi eyni gün mərkəzin iclas zalında keçiriləcək Qurani-Kərimlə üns mərasimində mükafatlandırılacaq.

Müsabiqədə qeydiyyat üçün son tarixin 3 aprel 2023-cü in olduğu bildirilib.

İmam Əli (ə) İslam Mərkəzi 1996-cı ildə Stokholmda bir qrup müsəlman və Əhli-Beyt (ə) məktəbinin ardıcılları tərəfindən yaradılmış müstəqil, dini və ictimai mərkəzdir. Bu mərkəzin idarə edilməsi müqəddəs İslam qanunlarına və İsveç ölkəsinin qanunlarına əsaslanır.

4129767

 

captcha