IQNA

12:36 - April 07, 2023
Xəbər sayı: 3493974

Quran mədəniyyətinin genişlənməsində virtual məkanın imkanlarından istifadə

30-cu Beynəlxalq Qurani-Kərim Sərgisindəki İndoneziya stendinin məsulu Caesar Alhaddar virtual məkan və YouTube və Instagram kimi platformaların Quran mədəniyyətini tanıtmaq və genişləndirmək imkanlarına işarə edərək dedi: "Bu sərginin təşkilatçıları YouTube-da beynəlxalq stendlərə yönəlmiş geniş reklamlar olmalıdır ki, daha çox insan bu sərginin mexanizmi və onun icrası ilə tanış olsun".

Quran mədəniyyətinin genişlənməsində virtual məkanın imkanlarından istifadə

"İQNA", xəbər verir ki, Qurani-Kərimin 30-cu Beynəlxalq Sərgisi müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə keçirilir. Diqqət çəkən məqamlardan biri də Qurani-Kərimin mədəniyyətinin təbliği məqsədilə bu sərgidə dünyanın ən böyük İslam ölkəsi kimi İndoneziya nümayəndələrinin iştirakıdır.

30-cu Beynəlxalq Qurani-Kərim Sərgisindəki İndoneziya stendinin məsul şəxsi Cəmiyyət əl-Mustafanın (s) tələbələrindən biri olan Caesar Alhaddar "İQNA"-nın müxbiri ilə söhbətində sərginin keyfiyyət səviyyəsi ilə bağlı stendlərin sayına işarə edərək dedi: "Bu beynəlxalq Qurani-Kərim tədbirində müxtəlif İslam ölkələrindən olan nümayəndələrin iştirakı bu sərginin cəlbediciliyinə və müxtəlifliyinə töhfə verir".

O, əlavə edib: "Ümid edirik ki, bu sərgidə iştirak etməklə və xüsusilə bu tədbirin Ramazan ayında keçirilməsi ilə Quran mədəniyyətini daha çox insan arasında yaymaq imkanı əldə edəcəyik".

4131860

captcha