IQNA

Əqidə prinsipləri; Nübüvvət / 17

Quran, İslam Peyğəmbərinin (s) böyük möcüzəsidir

6:21 - April 10, 2023
Xəbər sayı: 3493993
İlahi peyğəmbərlərin möcüzəsi dini ədəbiyyatda mühüm mövzulardan biridir. Möcüzəni və onun xüsusiyyətlərini bilmək bizi onun hidayətedici təsirlərini dərk etməyə yaxınlaşdırır. İslamın möcüzəsi Quran adlı bir kitabdır.

Məhəmməd Peyğəmbər (s) özü ilə bir möcüzə gətirmişdir ki, hələ də onun heyrətverici cəhətlərini müşahidə etmək olur. Quran 114 surə, 6236 ayə və yetmiş səkkiz minə yaxın sözdən ibarətdir. Allah bu kitabda Quran müxaliflərini dəfələrlə dəvət etmişdir ki, bütün bu inadkarlıq və zəhmət, büdcələr xərcləmək, müharibələr yaratmaq və böhtanlar atmaq əvəzinə əl-ələ verib Quran kimi bir kitab gətirsinlər: قل لئن اجتمعت الانس والجن على ان یاتوا بمثل هذاالقرآن لایاتون بمثله و لوكان بعضهم لبعض ظهیراً؛ "De: “Əgər insanlar və cinlər bir yerə toplaşsalar, onlardan bəziləri digərinə yardımçı olsalar belə, heç vaxt bu Quran kimi bir kitab gətirə bilməzlər” (İsra, 88).

  Başqa yerdə buyurur: "De: “Bu Quran kimi on surə gətirin!” (Hud, 13).

  Həmçinin başqa yerdə oxuyuruq: قل فاتوا بسورة مثله وادعوا من استطعتم من دون الله ان كنتم صادقین؛ "De: “Əgər doğru danışanlardansınızsa, Quran kimi bir surə gətirin və Allahdan başqa bacardığınız hər bir qüvvədən kömək diləyin” (Yunis, 38).

  Başqa bir ayədə oxuyuruq: فلیاتوا بحدیث مثله ان كانوا صادقین؛ (Onların bir Quran və ya on surə, hətta Quran kimi bir surə gətirmələri vacib deyil) əgər doğru deyirlərsə, ancaq bir mətləb və Quran kimi material gətirsinlər” (Tur, 34).

  Hörmətli oxucu! Yuxarıdakı dörd ayədə Allahın dəfələrlə endirimlər verdiyinə və hər dəfə də müxalifləri Qurandan nümunələr gətirməyə dəvət etdiyinə bir daha diqqət yetirin. Endirimdən əlavə, Allah müxalifləri bacardıqları təqdirdə bir şey etməyə təhrik edir:

1_ لا یاتون بمثله...  "Onlar Quran kimi bir kitab gətirə bilməzlər” (İsra, 88).

 2_ لئن اجتمعت الانس والجن... "İnsanlar və cinlər bir yerə toplaşsalar belə". (İsra, 88).

  3_ ولو كان بعضهم لبعض ظهیراً... "Əgər arxa-arxaya versələr də” (İsra, 88).

 4_ ان كنتم صادقین... "Əgər doğru danışırsınızsa" (Yunis, 38).

  5_ وادعوا من استطعتم... İstədiyiniz mütəfəkkiri dəvət edin” (Yunis, 38).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha