IQNA

İnsan əməllərinin şərindən Allaha sığınmaq

5:32 - April 17, 2023
Xəbər sayı: 3494030
İslam təlimlərinə görə, oruc tutmaq, gecə ibadət etmək, dua etmək və s. kimi bütün üstün əməllər başqa insanların hüquqlarını pozan bir əməllə batil olur. Qeybət kimi ki, insanın 40 günlük əməllərini məhv edir. İlahi, əməllərimizin şərindən Sənə sığınırıq.

Müsəlman insan həmişə ağıllı davranmalıdır ki, səhlənkarlıq və nalayiq hərəkətlər onun səylərini puça çıxarmasın. Bir rəvayətə görə, qeybət etmək duaların 40 gün cavabsız qalmasına səbəb olur, indi düşünün ki, Ramazan ayında cənnətin qapıları açıqdır və Allah dualarınızı qəbul etməyə hazırdır. Amma gəlin Ramazan ayının bütün fürsətini bir qeybət etməklə əldən verməyək.

Ramazan ayının iyirmi altıncı gününün duasında Allahdan diləyirik:

اللهمّ اجْعَل سَعْیی فیهِ مَشْکوراً و ذَنْبی فیهِ مَغْفوراً و عَملی فیهِ مَقْبولاً وعَیْبی فیهِ مَسْتوراً یا أسْمَعِ السّامعین

"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"

İlk mesaj: Təqdir olunan səy

Allah bəndələrinin zəhmətini qiymətləndirir və onlara təşəkkür edir. Bu söz Allahın insanların əməllərinin haqqını yerinə yetirməsi deməkdir; Bu o deməkdir ki, hər kim yaxşı bir iş görsə, yaxşılıq ondan getməz və Allah yaxşılıq edəni qiymətləndirər. Bir əməl Allah dərgahında qəbul edilər, Allah-taala ona diqqət yetirər, aradan getməsinə mane olar, səy göstərənə bir növ təşəkkür edər və ona yaxşı mükafat verər. Belə bir hərəkət “təşəkkür olunmuş səy”dir.

  Bəs kimin səyləri qiymətləndirilir? Xalis və dürüst bir səy təqdir olunur. İman və saleh əməl, axirəti axtarmaq, salehlərdən olmaq və s. təşəkkür olunmuş səyə çatmağın şərtləridir.

İkinci mesaj: günahların bağışlanması

Allahın bağışlaması kimlərə aiddir? Allah çox bağışlayandır və bağışlamaq Uca Allahın ən aşkar sifətlərindən biridir. Qurani-Kərimdə Allahın bu sifətindən “Ğafur”, “Ğaffar” və “Ğafir” adları ilə bəhs edilir. Əlbəttə, Allahın əfv sifətinə Qurana görə tövbə edib haqqa qayıtmaq niyyətində olanlar daxildir. Bugünkü duada biz Allahdan günahların bağışlanmasını diləyirik. Unutmaq olmaz ki, mübarək Ramazan ayının xüsusiyyətlərindən biri də Allahın xüsusi bağışlamasıdır ki, kimsə bu böyük əfvdən bəhrələnə bilmirsə, bədbəxtdir.

Üçüncü mesaj: Ramazan ayında əməllərin qəbul olunması

Hərəkəti etmək meyar deyil, onun təsirli olması və Allah dərgahında qəbul olunması əhəmiyyətlidir. Quran ayələrinə və İmamların (ə) rəvayətlərinə əsasən, saleh əməllər və ianə və sədəqələr o kəslərdən qəbul edilir ki, Allaha təvəkkül edir, Ona sığınır, ata-anaya yaxşılıq edir, Allah yolunda işlər görür, pak və saleh övladlar istəyirlər, tövbə edir və itaətkar olur, təqvalı olur, əxlaqsızlıqdan, küfrdən, tərəddüddən çəkinirlər.

Dördüncü mesaj: Allahdan eyibləri örtməsini istəmək

Qiyamət gününün adlarından biri də insanın həqiqətlərinin və batininin üzə çıxacağı, günahlarının hər kəsə aşkar olacağı "sirlərin aşkar olacağı gün"dür. Allahın ən mühüm sifətlərindən biri qullarının eyiblərini örtən olmasıdır. Elə ki, onsuz bütün bəndələr əzab-əziyyətə məruz qalar, xəcalət çəkər.

Bəs biz nə etməliyik ki, Allah çirkinliyimizi örtsün? Bir nəfər Allah Rəsuluna (s) dedi: “Mən istəyirəm ki, Allah mənim eyiblərimi örtsün, Peyğəmbər buyurdu: “Qardaşlarınızın eyiblərini örtün ki, Allah da sizin eyiblərinizi örtsün”.

Beşinci mesaj: Allah eşidir

Allah Eşidəndir. O, bizim istəklərimizi bilir və dualarımızı eşidir. Ümid edilir ki, bizim əməllərimizə cavab verib qəbul edib günahlarımızı bağışlayıb eyiblərimizi örtsün.

 * Höccətül-İslam Ruhullah Bedramın yazdığı "Oruc tutanların Pıçıltıları" kitabından götürülmüşdür.

3970206

captcha