
"İQNA", xəbər verir ki, Stokholmdakı İmam Əli (ə) İslam Mərkəzi Şəvval ayının 25-i, İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümünün gəlişi münasibətilə başsağlığı verərək elan edib: "Bu mərasim mayın 18-də cümə axşamı mərkəzin məscidində keçiriləcək.
Yerli vaxtla saat 19:00-da başlayacaq bu mərasimdə Quran ayələri, İmam Sadiqin (ə) ziyarəti və Kumeyl duası oxunacaq. Həmçinin söhbət, əzadarlıq ediləcək və şam yeməyi veriləcək.
İsveçin İmam Əli (ə) İslam Mərkəzi xanımlar, bəylər və Əhli-Beyt (ə) aşiqlərini bu proqramda iştirak etməyə dəvət edib.
Şiələrin altıncı imamı İmam Cəfər Sadiq (ə) hicri 83-cü ilin rəbiül-Əvvəl ayının 17-də Mədinədə anadan olmuşdur. O, atası İmam Məhəmməd Baqirdən (ə) sonra Əməvilər sülaləsinin sonunda 31 yaşında ikən imamətə çatdı.
İmam Cəfər Sadiq (ə) hicri 148-ci ildə 65 yaşında Abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən Mədinədə zəhərləndi və şəhid oldu.
4141133