IQNA

Namaz haqqında maraqlı məqamlar / 2

Namaza çox sifariş olunub

10:45 - June 01, 2023
Xəbər sayı: 3494262
Hər bir müsəlman gecə-gündüz 70 dəfə özünü və başqalarını namaza tələsmək üçün " həyyə" “tələsin” sözü ilə çağırır. Heç vaxt bu qədər hər hansı ibadəti yerinə yetirmək üçün təşviq və dəvət olmamışdır.

Bizdə hər gecə və gündüz beş vacib namaz var. Hər namazda azan və iqaməyə sifariş olunub. Bu iki səmavi çağırışda:

  İyirmi dəfə "həyyə ələs-səlah"

  İyirmi dəfə "həyyə ələl-fəlah"

  iyirmi dəfə "həyyə əla xəyril-əməl"

Həmçinin on dəfə "qəd qamətis-səlah" deyirik.

  Nəzərə alsaq ki, azandakı “Fəlah” (nicat) və “Xeyril-əməl” (ən yaxşı əməl) sözlərinin mənası həmin namazdır, hər bir müsəlman gecə-gündüz 70 dəfə özünü və başqalarını namaza tələsmək üçün " həyyə" “tələsin” sözü ilə çağırır. Heç vaxt bu qədər hər hansı ibadəti yerinə yetirmək üçün təşviq  və dəvət olmamışdır. Xüsusən də azanı yüksək və gözəl səslə söyləmək əmr olunub.

  Azan sükutu pozmaqdır, azan pak İslam ideologiyası və düşüncələridir.

  Azan qısa və mənalı ifadələrdən ibarət dini suruddur.

  Azan qafillərə xəbərdarlıqdır. Azan məzhəbi atmosferin açıqlığının nişanəsidir. Azan mənəvi həyatın əlamətidir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha