IQNA

Əlcəzairdəki 18 min Quran məktəbini milyonlarla şagird rəğbətlə qarşılayıb

20:23 - June 03, 2023
Xəbər sayı: 3494273
Son illərdə Əlcəzair hökuməti ailələrin şagirdlərini Quran məktəblərinə göndərmək cəhdlərinə müəllimlərə və Quran təhsili ilə məşğul olanlara imtiyazlar və imkanlar təqdim etməklə cavab verib.

"İQNA", "Əl-Ərəbi Əl-Cədid"-ə istinadən xəbər verir ki, son illərdə Əlcəzair hökuməti və xalqının bu ölkədəki Quran məktəblərinə diqqəti artıb.

Əlcəzair rəsmilərinin statistikası göstərir ki, bütün şəhər və vilayətlərdə 18 mindən çox Quran məktəbinə ailələrin rəğbəti artıb. Beləliklə, Quran tələbələrinin sayı təxminən bir milyon nəfərə çatıb.

Əlcəzairin bütün şəhər və kəndlərində, xüsusən də cari mövsümdə məktəb tətilinin gəlməsi ilə çoxlu sayda ailə övladlarını Quran məktəblərinə göndərməyə ciddi yanaşır. Çünki onlar orada Quranın təcvidini öyrənərkən Quranın bir hissəsini və ya tamamını əzbərləyirlər.

Əlcəzairli ailələr hesab edirlər ki, müasir dünyada dinin əsaslarını öyrənmək və dini mədəniyyətlərindən faydalanmaq və elektron oyunlardan, pozğun və azğın virtual mühitdən uzaqlaşdırmaq üçün uşaqlarının Quran dərslərinə getməsi zəruridir.

4145470

captcha