IQNA

Bağdadda İmam Xomeyninin (r.ə) vəfatı ilə bağlı toplantı keçirilib

16:39 - June 04, 2023
Xəbər sayı: 3494278
İraqın Ali İslam Məclisi İmam Xomeyninin (r.ə) vəfatının ildönümü münasibətilə Bağdadda bir qrup ziyalının iştirakı ilə iclas keçirib.

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, İraqın Ali İslam Məclisi bu gün İraqın paytaxtı Bağdadda İmam Xomeyninin (r.ə) vəfatının 34-cü ildönümü münasibəti ilə konsensus iclası keçirib.

Xobrəqan Məclisinin üzvlərindən Ayətullah Möhsün Heydəri bu iclasda deyib: "İraqda olmaq və İslami Ali Şura üzvlərinin toplantısında İmam Xomeyninin (r.ə) xatirəsini yad etmək üçün iştirak etmək mənə böyük şərəfdir. İmam Xomeyni (r.ə) İran və iranlılara xas deyildir; Çünki onun hərəkatı bütün İslam dünyasını və dünyanın bütün məzlumlarını əhatə edir".

O, xatırladıb ki, İmam Xomeyninin (r.ə) baxışı Əhli-beyt (ə) təlimlərini dirçəltmək üçün bir yoldur. O, İslama xələl gətirməyə və ya məzlumların hüquqlarını tapdalamağa çalışan bütün azğın cərəyanlara qarşı mübarizə aparırdı.

Ayətullah Seyyid Yasin Musəvi də bu toplantıda deyib: "İmam Xomeyni (r.ə) mübarək İslam inqilabından başqalarına çoxlu dərslər verdi. Habelə xalqın iradəsini zəiflikdən, əsarətdən və diktaturadan qurtulmaq üçün səfərbər etməyə müvəffəq oldu".

O, İraq liderlərindən İmam Xomeyni (r.ə) dövrünün tarixini öyrənməyi istəyib. Çünki İmam Xomeyni (r.ə) hərəkatı sistemli bir hərəkatdır, xalq tərəfindən dəstəklənir və ona istinad edilir.

O, həmçinin qeyd edib: "İmam Xomeyninin (r.ə) baxışı və metodu bütün İslam ümməti üçün bir layihədir və təkcə İran İslam Cümhuriyyəti ilə məhdudlaşmır".

4145654

captcha