IQNA

Qeyri müsəlman ölkəsində sahibi müsəlman olan marketdə satılan halal qidalar

7:08 - June 06, 2023
Xəbər sayı: 3494283
Qeyri müsəlman ölkələrdə sahibi müsəlman olan lakin şərab da satılan supermarketdən halal adı ilə satılan ət məhsulları ilə bağlı böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadla xəbər verir ki, qeyri müsəlman ölkələrdə sahibi müsəlman olan lakin şərab da satılan supermarketdən halal adı ilə satılan ət məhsulları ilə bağlı böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.

Bu barədə sual və cavabı təqdim edirik:

Sual: Sahibi müsəlman olan və şərab da satılan supermarketdə halal adı ilə satılan ət məhsullarını almaq olarmı?

Cavab: Bəli, hərçənd daha öncə müsəlman olmayan bir şəxsin əlində olsa belə, müsəlman satıcının məhsulun şəriət normalarına müvafiq qaydada kəsildiyini aşkarlaması ehtimalını nəzərə alaraq həmin məhsulları satın almaq olar və onlarla qidalanmaq halal sayılır. Belə bir ehtimal olmadığı halda isə halal hesab edilmir.

 
captcha