IQNA

Ailə və qadın Quran baxımından / 2

Quran və hədislər baxımından ailə

15:20 - June 18, 2023
Xəbər sayı: 3494342
Tehran (İQNA) - Quranda ailədə qadın və kişi arasında mehribanlığın Allahın verdiyi bir şey olduğu və bu qəlb yaxınlığının insan işi olmadığı vurğulanmışdır.

Məhəmməd Əli Rzai İsfahani Quranın ictimai təfsirindən danışarkən “Quranda ailə” mövzusu ilə bağlı bəzi mətləbləri qeyd edib. Onun bir hissəsini aşağıda oxuya bilrəsiniz:

Qurana görə, evliliyin məqsədlərindən biri həm kafir, həm müsəlman, həm də müvəhhid olan bəşər övladının nəslinin davam etdirilməsi və çoxalması olsa da, son məqsəd dünyada müvəhhid insan tərbiyə etməkdir. Ayələrdə və rəvayətlərdə nikahdan bəhs edilməsəydi belə, insan ağlı ona bunu etməyi hökm edir.

Evliliyin başqa bir əsas məqsədi tərbiyə məqsədi ilə insanların çoxalmasıdır. Nəticədə, Quran və hədislər baxımından dünyada tövhidçilərin çoxalması evliliyin məqsədlərindən biridir.

Rəvayətdə deyilir ki, hər kim evlənsə, dininin yarısı tamamlanar. Başqa bir rəvayətdə isə evlilik insanın imanının yarısını tamamlayır. Digər bir rəvayətdə də deyilir ki, əgər kimsə gənc yaşda ailə qurarsa, şeytanın "ey vay" fəryadı ucalır. Bu gənc dininin üçdə ikisini bu işlə tamamladı.

Quran kişi ilə qadın arasındakı mehribanlığın Allah tərəfindən verildiyini vurğulamışdır; Qəlblərin bu yaxınlığı insan işi deyil. Əgər kimsə bu mehribanlığı məhəbbətə və sevgiyə çevirə bilsə, xoşbəxtlik dərəcələrini daha çox keçəcək. Mehribanlıq və dostluq insan həyatının əsas prinsipləridir.

3655337

Teqlər: quran ، ailə ، evlilik ، hədis
captcha