
أفلا یتدبّرون القرآن "Nə üçün onlar Quranı düşünmürlər?" (Məhəmməd, 24).
Quran haqqında düşünmək hər kəs üçündür, ondan faydalanmaq üçün hər kəs Quran haqqında düşünməlidir. Əgər hansısa təfsirçi Quranın bütün sözlərini başa düşsəydi, Quran bizə deməzdi: Fikirləşin! Aydındır ki, fikirləşsəm, yeni bir şey əldə edəcəm.
Təəssüflər olsun ki, biz müsəlmanlar Qurandan uzaqlaşıb həyat planımızda müstəmləkəçi, eqoist insanları təqlid etmişik. İndi bu dövrə çatmışıq. Əgər yeniyetmələrimiz hər gün məktəbdə aşağıdakı ayəni oxuyub ona əməl etsəydi, müstəmləkəçilik artıq bizə nüfuz edə bilməzdi:
یا ایّها الّذین آمنوا لاتتّخذوا الیهود والنصارى اولیاء
"Ey iman gətirənlər…! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın!" (Maidə, 51).
Əgər hər gün ordunun sübh mərasimində bu ayə oxunsaydı, müsəlman ordusu heç vaxt xarici hərbi müşavirlərə bağlı olmazdı:
یا ایّها الذین آمنوا لاتتّخذوا بطانه من دونكم
"Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın" (Ali-İmran, 118).
Əgər İslam ümməti sələmi qəti şəkildə qadağan edən «حرّم الرّبا» (Bəqərə, 275) qanununa əməl etsəydi, İslam cəmiyyətinin iqtisadiyyatı ədalətli olardı. “Təcavüzkar dəstə ilə vuruşun” (Hücurat, 9). Bütün İslam ölkələri öz ordusunu təşkil edib təcavüzkarlarla vuruşsaydılar, indi yer kürəsinin əhalisinin üçdə birini təşkil edən İslam dünyası öz həqiqi ləyaqətini tapardı. Əgər bütün müsəlmanlar Quranın fəryadını eşitsəydilər ki, bu fəryadda deyilir: “Ümmətlərin bədbəxtliyinin və məhvinin sirri zalımlara tabe olmaqdır: “Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun peyğəmbərlərinə qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular” (Hud, 59), böyük qüdrətlərin əli ilə hakimliyə gətirilən şəxsləri özlərindən qovsaydılar, və Quranın “fəsad edənlərdən (Əraf, 142), israfçılardan (Şüəra, 151), günahkarların ardınca getməkdən (İnsan, 24), cahillərdən (Casiyə, 18) və alçaqlardan (Qələm, 10) uzaqlaşın çağırışına tabe olsaydılar, indi İslam ümməti dünyada ən böyük gücə sahib idi.
Çətin bir gələcəkdə ilahi ədalət məhkəməsində Peyğəmbər (s) tərəfindən şikayət ediləcəyik. Peyğəmbərin (s) Qiyamət günü edəcəyi şikayətin mətni belədir:
وقال الرسول یاربّ اِنّ قومى اتّخذوا هذا القرآن مهجوراً
Ya Rəbbim! Mənim ümmətim və müsəlman ümməti Quranı tərk etdi” (Furqan, 30).